SON XƏBƏRLƏR

İranda sərnişin mikroavtobusu qəzaya uğrayıb. 13 nəfər ölüb

2021.10.20, 07:36
İranda sərnişin mikroavtobusu qəzaya uğrayıb. 13 nəfər ölüb

Gunaz.tv

GünazTV: İranın İsfahan əyalətində sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 13 nəfər ölüb, ən azı 9 nəfər yaralanıb.

 

Hadisə, iyulun 16-sı yerli vaxtla sübh saat 09:50 radələrində Xansar-Buin istiqamətində baş verib. Dağlıq bölgədə yüksək sürətlə hərəkətdə olan mikroavtobus naməlum səbəbə görə yoldan çıxaraq uçuruma yuvarlanıb. Qəza nəticəsində 13 sərnişin yerindəcə ölüb, ən azı 9 yaralanıb. Yaralılar ən yaxın xəstəxanaya çatdırıblar. ONlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.

 

Qəzanın səbəbləri araşdırılır. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar