SON XƏBƏRLƏR

İranda sərnişin qatarı qəzaya uğrayıb. 5 nəfər ölüb, 157 nəfər xəsarət alıb - FOTOLAR

2021.10.20, 07:36
İranda sərnişin qatarı qəzaya uğrayıb. 5 nəfər ölüb, 157 nəfər xəsarət alıb - FOTOLAR

Gunaz.tv

GünazTV: İranın Sistan-Bəlucistan əyalətində sərnişin qatarının qəzaya uğraması nəticəsində ən azı 5 nəfər ölüb, 157-dən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Zahidan-Tehran istiqamətində hərəkət edən sərnişin qatarı əyalətin mərkəzindən 100 kilometr aralıqda Şuru məntəqəsində relsdən çıxaraq aşıb. Sistan-Bəlucistan ostandarlığının rəsmisi Əbdülrəhmən Şəhnəvazi jurnalistlərə açıqlamasında deyib ki, hadisə yerli vaxtla axşam saat 20: 16 radələrində baş verib.

 

Hadisədən zərər çəkənlərə yardım göstərmək məqsədilə bölgəyə 11 təcili tibbi yardım maşınının, yanqınsöndürən qüvvələri və xilasedicilərin ezam edildiyini bildirən Şəhnəvazi, qəzanın səbəblərinin araşdırıldığını bəyan edib.

 

Əyalətin müxtəlif xəstəxanalarına yerləşdirilən yaralılardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar