SON XƏBƏRLƏR

İranda sərnişin təyyarəsi texniki nasazlığa görə təcili eniş etmək məcburiyyətində qalıb

2021.10.20, 07:36
İranda sərnişin təyyarəsi texniki nasazlığa görə təcili eniş etmək məcburiyyətində qalıb

Gunaz.tv

GünazTV: İranda “Taban” aviasiya şirkətinə məxsus “McDonnell Douglas MD” tipli sərnişin təyyarəsi mühərriklərindən birində yaranmış texniki nasazlığa görə Bəndər Abbas hava limanında təcili eniş edib.

 

Hadisə, martın 26-sı, yerli vaxtla saat 11:42 radələrində baş verib. İranın İsfahan şəhərindən Qeşm adasına uçan təyyarə, havaya qalxdıqdan az sonra onun mühərriklərindən birində nasazlıq yaranıb. Nəticədə, pilot istiqamətini dəyişərək saat 12:05-də Bəndər Abbas hava limanında təcili eniş etmək məcburiyyətində qalıb. Bildirilir ki, eniş zamanı, təyyarənin göyərtəsində olan sərnişinlər hər hansı bir xəsarət almayıblar.

 

Qeyd edək ki, son aylar İranın müxtəlif şəhər və bölgələrində onlarla təyyarə qəzası qeydə alınıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar