SON XƏBƏRLƏR

İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər həlak olub

2021.10.20, 07:36
İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər həlak olub

Gunaz.tv

GünAzTV: İranda “Aseman Airlines ” aviaşirkətinə məxsus “ATR-72” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 66 nəfər həlak olub.

 

Hadisə, fevralın 18-i, sübh saatlarında baş verib. Yerli vaxtla səhər saat 08.00-da paytaxt Tehrandan “Kohkiluye və Boyer Əhməd” əyalətinin Yasuc şəhərinə uçan təyyarə, havaya qalxandan 50 dəqiqə sonra İsfahan əyalətinin Səmirom şəhəri yaxınlığında qəzaya uğrayıb. Yayılan məlumatlarda bildirilir ki, sərnişin təyyarəsi, Bidə kəndi yaxınlığında yerləşən Dena dağına çırpılıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

 

Bölgəyə xilasediciləri daşıyan helikopterlər göndərilsə də, kəskin və dumanlı hava şəraiti axtarışa mane olub və helikpterlər yerə enə bilməyib. Sərnişin təyyarənin düşdüyü yer dəqiq müəyyən edilmədiyinə görə, axtarışların fevralın 19-da davam etdiriləcəyi bildirilir.

 

Hadisədən az sonra “Aseman Airlines ” aviaşirkəti bəyanat yayaraq qəza nəticəsində 66 nəfərin öldüyünü təsdiqləyib. Baş vermiş olaya görə, ölkədə üç gün matəm elan edilib.

 

 

Hadisə qurbanlarının ailələləri 1

 

Hadisə qurbanlarının ailələri 2

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar