İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18 13:23

İran prezident seçkiləri davam edir. Gələn məlumata görə, prezident seçkilərinə maraq yoxdu, səsvermə prosesi sönük keçir.

Gunaz.tv Quote | Gunaz article

Bunu sosial mediada seçki məntəqələrindən paylaşılan foto və videolar də təsdiq edir. 

Görüntülərdə İran hökumətinin vətəndaşları seçki məntəqələrinə cəlb etmək üçün etdiyi bütün səylərinə baxmayaraq, seçki məntəqələrinin boş olduğu, insanların səsvermədə iştirak etmədikləri müşahidə edilir.

Güney Azərbaycanın Qoşaçay şəhəri və Baruq bölgəsindən yayılan görüntülərdə səsverməyə qatılanların yalnız bir neçə nəfərdən ibarət olduğu görünür. 

Təbrizin "Vəli Əsr", "Mərzbanan", "Miləl Müttəhid", "Abbası" və başqa məhəllələrində yerləşən seçki məntəqələrinin qarşısından yayınlanan çəkilişlərdə məntəqələrin tam boş olduğu, vətəndaşların gözə görünmədiyi bəlli olur.

İranda şəhər və kənd şuraları uğrunda 285 min nəfər, prezident postu uğrunda isə 4 namizəd, Möhsün Rzayi, İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi və Əbdülnasir Hemməti bir-biri ilə rəqabət aparır.

Bundan əvvəl prezidentliyə üç namizəd, Möhsün Mehrəlizadə, Əlirza Zakani və Səid Cəlili təbliğat-təşviqat kampaniyasını dayandıraraq, prezident seçkisində iştirakdan imtina etdiklərini elan etsələr də, onlarında ikisi, yəni Əlirza Zakani və Səid Cəlili öz namizədliklərini hakimiyyətin əsas namizədi olan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər.

İstər ölkədə daxilində, istərsə də xaricdə fəaliyyət göstərən və “İslam Respublikasına yox” kampaniyasına qatılan onlarla müxalif siyasi cərəyan  bu dəfəki seçkiləri Xamneyinin xalqa qarşı növbəti biabırçı şousu adlandıraraq və seçkinin nəticələrinin əvvəlcədən təyin edildiyini bildirərək, ölkə əhalisini seçkiləri tamamilə boykot etməyə çağırıblar. 

Bu dəfəki seçkilərdə isə mövcud dörd namizəd arasında əsas rəqabətin Əbdülnasir Hemməti və İbrahim Rəisinin arasında aparılacağı təxmin edilir. 

 

 

C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

https://gunaz.tv/az/new/bu-gun-iranda-13-cu-prezident-seckileri-kecirilir-1623997014

https://gunaz.tv/az/new/tebriz-ve-zenganda-sesvermede-problemler-yaranib-1623999202

https://gunaz.tv/az/new/beynelxalq-efv-teskilati-ibrahim-reisi-cinayet-mesuliyyetine-celb-olunmalidir-1624000987

https://gunaz.tv/az/new/xamneyi-hami-bu-boyuk-milli-sinaqda-istirak-etmelidir-1624002934

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03