İranda yanvarın 25-i günorta saatlarından başlayaraq “Signal” sosial şəbəkəsinə süzgəc qoyulub.
Gunaz.tv
Yayılan məlumatlara əsasən, son həftələr WhatsApp sosial şəbəkəsi siyasətini dəyişib istifadəçiləri üçün yeni qaydalar tətbiq edəcəyini bildirməsindən sonra WhatsApp istifadəçilərinin çoxu mesajların gödərilməsində və alınmasında daha təhlükəsiz bir şəbəkə kimi tanınan “Signal” sosial şəbəkəsinə üz tutmuşdular.
Ekspertlərin bildirdiyinə görə iranlıların kütləvi şəkildə ən təhlükəsiz sosial şəbəkələrdən biri sayılan “Signal”a üz tutmasının ardınca, İran hökuməti həmin şəbəkənin fəaliyyətini məhdudlaşdırmaq, ona süzgəc qoymaq qərarına gəlib.
İranda rəsmi olaraq saytları və sosial şəbəkələri bağlamaq, onlara senzura və sügəc qoymaq işi ilə məşğul olan qurum kimi tanınan “Cinayət Məzmunlu Yazışmaları Müəyyənləşdirən İşçi Qrupu” isə hələlik “Signal” sosial şəbəkəsinə süzgəc qoyulmasına konkret hər hansı bir reaksiya verməyib.
Qeyd edək ki, hazırda İranda “Telegram” ən populyar sosial şəbəkələrdən biri sayılır. Hökumətin “Telegram”dan istifadəyə məhdudiyyətlər qoymasına baxmayaraq, hələ də 84 milyon əhalisi olan İranda əhalinin yarısından çoxu bu şəbəkədən istifadə edirlər.
A.M