SON XƏBƏRLƏR

İranda son 1 gündə sel nəticəsində 5 nəfər ölüb, 2 nəfər itgin düşüb

2021.10.20, 07:36
İranda son 1 gündə sel nəticəsində 5 nəfər ölüb, 2 nəfər itgin düşüb

Gunaz.tv

GünAz TV: İranın Fars və Xuzistan əyalətlərində son 24 saat ərzində baş vermiş sel nəticəsində 5 nəfər ölüb, 2 nəfər itgin düşüb.

 

Bu barədə məlumat yayan İran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Müctəba Xalidi bildirib ki, ölənlərdən 1-i Fars əyalətinin Zərrindəşt, digər 3-ü isə Kazirun rayonunun sakinləridir.

 

Daşqınlar nəticəsində Xuzistan əyalətinin Dezful şəhərinin 1 sakini itgin düşüb. Əyalətdə itgin düşənlərdən biri də Bağ Məlik rayon sakini olan çobandır. Hələlik onların axtarışları bir nəticə verməyib.

 

Məlumatlara əsasən, ölənlər arasında 18 yaşlı Zərrindəşt sakini olan qız da var. O, selə baxmaq üçün çay kənarına gedib. Lakin çayın bəndinin uçması nəticəsində həmin qız suya düşüb və ölüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar