SON XƏBƏRLƏR

İranda son günlər ərzində dollar yenidən bahalaşmağa başlayıb

2021.10.20, 07:36
İranda son günlər ərzində dollar yenidən bahalaşmağa başlayıb

Gunaz.tv

GünAz TV: Son 14 iş günü ərzində Tehranın azad valyuta bazarında dolların məzənnəsi təqribən 400 tümən civarında bahalaşıb.

 

İran Mərkəzi Bankı tərəfindən təklif edilən dolların qiymətində də 50 tümənlik bahalaşmada müşahidə olunur. Ötən gün Tehranın azad valyuta bazarında 1 dollar 11 min 600 tümən qarşılığında müamilə edilib. Halbuki bu rəqəm 14 iş günündən əvvəl- yəni oktyabrın 24-dən 11 min 200 tümən təşkil edirdi.

 

Bu isə göstərir ki, qeyd edilən müddət ərzində hər iş günü dolların satışında 28.5 dollar bahalaşma olub.

 

Avronun məzənnəsi isə ötən gün ərzində 12650- 12790 tümən arasında dəyişib.

 

Dünya bazarında qızılın qiymətinin ucuzlaşmasına baxmayaraq, İranda bu sahədə də dolların bahalaşmasına görə qiymət artımı nəzərə çarpır. Belə ki, ölkədə hər bir qızıl sikkənin qiyməti 4 milyon 20 min tümənə qədər yüksəlib. Ötən gün dünya bazarında isə hər qızıl unsiyası 4 dollar 70 sent ucuzlaşaraq, 1450 dollar 70 sent qarşılığında müamilə edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar