SON XƏBƏRLƏR

İranda son Parlament seçkilərində deputat seçilmiş şəxs koronavirusdan ölüb- Həddad Adilin oğlu isə virusa yoluxub

2021.10.20, 07:36
İranda son Parlament seçkilərində deputat seçilmiş şəxs koronavirusdan ölüb- Həddad Adilin oğlu isə virusa yoluxub

Gunaz.tv

GünAz TV: İranda fevralın 21-də keçirilmiş seçkidə deputat seçilən Məhəmmədəli Ramazani koronavirusdan ölüb.

 

Astaneyi-Əşrəfiyyədən namizədliyini irəli sürmüş Ramazani Milli Məclisə seçilməyə nail olmuşdu.

 

Gilan əyalətində yerləşən Astaneyi-Əşrəfiyyədə son günlərdə koronavirus sürətlə yayılmaqdadır.

 

Digər tərəfdən, Qumun sabiq deputatı, hazırda isə Ali Məsləhət Şurasının üzvü olan Məhəmməd Mirməhəmmədinin koronavirusa yoluxduqdan sonra komaya düşdüyü barədə məlumatlar yayılıb.

 

Ayətullah Şubeyri Zəncaninin bacısı oğlu olan Məhəmməd Mirməhəmmədinin ailə üzvlərinin də koronavirusa yoluxması barədə ötən günlər ərzində mediada xəbərlər yayılmışdı.

 

Bu gün Ali Məsləhət Şurasının üzvü və Əli Xamneyinin müşaviri olan Qulaməli Həddad Adilin oğlu Fəridəddin Həddad Adil də "Twitter" səhifəsində yazdığı statusda koronavirusa yoluxduğunu iddia edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar