SON XƏBƏRLƏR

İranda son seçkilərdə deputat seçilmiş Fatimə Rəhbər koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda son seçkilərdə deputat seçilmiş Fatimə Rəhbər koronavirusdan ölüb

Gunaz.tv

GünAz TV: İranda fevralın 21-də keçirilmiş Milli Məclis seçkilərində deputat seçilmiş Fatimə Rəhbər koronavirusdan ölüb.


Ötən günlər ərzində Fatimə Rəhbərdən öncə də bir neçə iranlı rəsmi sözügedən epidemiyadan ölüb.


"İslam Koalisiyası Partiyası"nın üzvü və mühafizəkar siyasi baxışlara sahib olan Fatimə Rəhbər bundan öncə Parlamentin bir neçə çağırışında deputat kürsüsünə əyləşmişdi. O, həmçinin son dövrlər Xomeyni İmdad Komitəsinin rəhbərini müavini vəzifəsində çalışırdı.


İlkin olaraq karyerasına İran Dövlət Teleradio Şirkətində produser kimi başlayan Fatimə Rəhbər daha sonra qurumun Ali Siyasi Şurasının rəhbəri təyin edilmişdi.


Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar