İranda sosial izolyasiya tətbiq ediləndən sonra ailə münaqişələri 3 dəfə artıb

31.03.2020, 14:18

GünAz TV: İranda koronavirusun yayılması səbəbindən tətbiq edilmiş ictimai izolyasi dövründə günlərini evdə keçirən cütlüklər arasında ailə münaqişələri 3 dəfə artıb.

 

Bu barədə məlumat yayan İranın Rifah Təşkilatının psixoloji müşavirə şöbəsinin rəhbəri Behzad Vəhidniya bildirib ki, bu rəqəmləri onlara daxil olan zənglər əsasında müəyyənləşdiriblər. O, əslində virusun qarşısının alınması istiqamətində tətbiq edilmiş karantin dövründə yaşanan ailə münaqişələrinin bundan dəfələrlə çox olduğunu deyib.

 

Behzad Vəhidniya qeyd edib ki, ailə münaqişələrinin artmasına səbəb cütlüklərin bütün günü bir yerdə olmaları və gün ərzində birlikdə keçirdikləri müddətin artmasıdır.

 

Gün ərzində rəhbərlik etdiyi şöbəyə bütün bölgələr üzrə təqribən 4 mindən çox zəngin daxil olduğunu deyən rəsmi ixtilafların bəzilərinin hansı səbəbdən baş verməsini açıqlayıb.

 

Onun sözlərinə görə, ən çox münaqişə gigiyena qaydalarına riayət etmək və ailə üzvlərindən birinin çölə çıxması üstündə yaşanır. Məktəblərin bağlanmasına görə evdə qalan uşaqların davranışları da cütlüklər arasında münaqişələrə səbəb olan digər amildir.

 

Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrində koronavirusun yayılması səbəbindən insanların ev şəraitində özlərini karantinə alması bir neçə ölkədə də ailə münaqişələrinin sayını artırıb. Tibb mütəxəssisləri bu cür çətin günlər ərzində insanları birgə ailəvi fəaliyyətlərə vaxt ayırmaq, eləcə də fərdi davranış qaydalarına nəzarət etməklə, öz psixoloji vəziyyətlərini stabil saxlamağa çağırırlar.

 

Ə.A

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24