İranda sosial şəbəkələrdə türk dili fobiyası

2020-12-26 12:53

Farsdilli istifadəçilər türk dilində bir neçə cümləlik mətnin yayılmasını “İranın torpaq bütövlüyünə qarşı təhlükə” kimi göstərirlər.

Gunaz.tv Quote | Gunaz article

İranda sosial şəbəkələrdə istifadəçilərin türk dilində yazışmaları bir çox farsdillilərin narahatlığına səbəb olub.

 

Uzun illər boyu aparılan məqsədli təbliqatın nəticəsində türk dilinə qarşı formalaşan mənfi zehniyyət, fars millətçilərinin sosial şəbəkələrdə türkcə bir neçə cümləlik mətnin yazılmasına qarşı kompaniya başlatmalarına gətirib çıxarıb.

 

Onlain dərs saatında iki türk tələbənin Universitet müəllimindən keçdikləri fənlə bağlı türkcə yazılı sual etmələrinə farsdilli sosial şəbəkə istifadəçiləri geniş reaksiya göstəriblər.

 

Onlar, bu hərəkəti pantürkizmin yayılması, İranın torpaq bütövlüyünə qarşı təhlükənin güclənməsi və fars dilinə təhqir kimi qələmə veriblər.

 

Fars dilli tələbələr kompaniya başladaraq İran rəsmilərindən bunun qarşısının alınması və “günahkar”ların cəzalandırılması ilə bağlı tədbirlər görməyi istəyiblər.

 

Müraciətdə deyilir: “Siz (ölkə rəhbərliyi) İran xalqını, vətənin bütövlüyünü, fars dilinin qorunmasına məsul, separatçı və satqınlara qarşı mübarizə aparmağa borclusunuz. Pantürkistlər öz dillərində yazmaqla vətəni parçalamaq və özlərinə ölkə qurmaq niyyətindədirlər.”

 

Qeyd edək ki, Güney Azərbaycan və ümumiyyətlə İranda vaxt ötdükcə türk dilinə qayıdışın genişlənməsi, internet istifadəçilərinin türkcəyə daha çox üstünlük verməsi dəfələrlə panfarsist dairələrin etirazları ilə qarşılaşıb.

 

Uzun illərdir fars dilinin qorunması və yayılması üçün dövlət büdcəsindən fantastik səviyyədə vəsaitin ayrılmasına baxmayaraq, istənilən nəticəni əldə edə bilməyən panfarsist mərkəzlər günahı türk dilli internet istifadəçiləri və xarici mediyada axtarırlar.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16