SON XƏBƏRLƏR

İranda Sosial Təminat Təşkilatının iki rəsmisi avtomobil qəzasında həlak olub

2021.10.20, 07:36
İranda Sosial Təminat Təşkilatının iki rəsmisi avtomobil qəzasında həlak olub

Gunaz.tv

GünAzTV: İranda Sosial Təminat Təşkilatının icraçı direktoru Taqı Nurbəxş və onun parlament üzrə müavini Əbdülrəhman Tacəddin avtomobil qəzasında həlak olub.

 

Hadisə, noyabrın 15-i axşam saatlarında İranın Gülüstan əyalətinin Qorqan şəhəri yaxınlığında, magistral yolda baş verib. Hər iki rəsminin içində olduğu avtomobil, qarşıdan gələn bir yük maşını ilə toqquşub. Qəza nəticəsində Taqı Nurbəxş və müavini Əbdülrəhman Tacəddin ağır yaralanaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını qurtarmaq mümkün olmayıb.

 

Bildirilir ki, hər iki rəsmini müşayiət edən İranın əmək naziri Məhəmməd Şəriətmədari və daha bir neçə rəsmi şəxs, başqa bir avtomobildə olduqları üçün ölüm təhlükəsindən qurtarıblar. Hadisə ilə bağlı yük maşınının sürücüsü həbs edilib. Qəzanın səbəbləri araşdırılır.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar