SON XƏBƏRLƏR

İranda “Sumqayıtda erməni soyqırımı” adlı kitab nəşr olunub

2021.10.20, 07:36
İranda “Sumqayıtda erməni soyqırımı” adlı kitab nəşr olunub

Gunaz.tv
İranda “Sumqayıtda erməni soyqırımı” adlı kitab nəşr olunub İranda “Sumqayıtda erməni soyqırımı” adlı kitab nəşr olunub. APA-nın məlumatına görə, Ermənistanın İrandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunan kitabda 1988-ci ilin fevralın 27-29-da Sumqayıtda baş verən və beynəlxalq rezonans doğuran iğtişaşlardan bəhs olunub. Fars dilində çap olunan kitabda hadisənin səbəbi və nəticələri təhrif olunub və həqiqətə uyğun olmayan statistik rəqəmlərdən istifadə edilib. Nəşrdə qeyd olunub ki, guya hadisə zamanı azərbaycanlılar tərəfindən 200 erməninin evinə hücum edilib, yüzlərlə erməni qətlə yetirilib, o cümlədən ermənilərə məxsus ticarət obyektləri talan edilib. Kitabda Qarabağın tarixi və münaqişənin xronologiyası saxtalaşdırılıb. Qeyd edək ki, 1988-ci il fevralın 27-29-da baş verən bu qanlı hadisələr nəticəsində 26 erməni və 6 azərbaycanlı öldürülüb, onlarla şəxs yaralanıb. Hadisənin günahkarları kimi həbs olunan Əhməd Əhmədov adlı azərbaycanlı güllələnmə cəzasına məhkum edilib, erməni Eduard Qriqoryana isə 12 il həbs cəzası verilib, lakin o, cəzasını axıra qədər çəkmədən azadlığa buraxılıb. Sonralar hadisələrin erməni millətçi təşkilatlarının SSRİ xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə həyata keçirildiyi aşkarlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar