SON XƏBƏRLƏR

İranda sünni ruhani naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib

2021.10.20, 07:36
İranda sünni ruhani naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib

Gunaz.tv

GünAzTV: İranda bəluc əsilli sünni ruhani Mövlvi Əbdülqafur Camalzehi naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib.

 

Hadisə, noyabrın 27-si sübh saat 06-00-da İranın Gülüstan əyalətinin Nəzərabad kəndində baş verib. Sübh namazını qılmaq üçün evindən çıxıb məscidə gedən axund, motosiklet sürən iki naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində qətlə yetirilib. İki ayağından və kürəyindən 4 güllə yarası alan 61 yaşlı ruhani yerindəcə keçinib.

 

Kimliyi bəlli olmayan hücumçular hadisə yerindən qaça biliblər. Hələlik hər hansı bir şəxs və ya qrup, hücumun məsuliyyətini öz üzərinə götürməyib. Sünni ruhaniyə qarşı edilən sui-qəsdin səbəbləri bilinməsə də, İrandakı sünni mənbələrin bildirdiyinə görə, Mövləvi Əbdülqafur Camalzehi, son illər İran təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalaraq bir neçə dəfə təhdid edilmişdi.

 

Qeyd edək ki, son illər, İranda sünni məzhəbindən olan onlarla ruhani İran təhlükəsizlik qüvvələrinə yaxın naməlum şəxslər tərəfindən qətlə yetirilib.

 

Gülüstan əyalətində, Nəzərabad kəndinin məscidinin imamı Mövləvi Əbdülqafur Camalzehi

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar