SON XƏBƏRLƏR

İranda talassemiya xəstələrinə verilən dərmanlar pulla satılır

2021.10.20, 07:36
İranda talassemiya xəstələrinə verilən dərmanlar pulla satılır

Gunaz.tv

GünAz TV: İran Talassemiya Mərkəzinin sədri Meysəm Ramazani bildirib ki, hazırda ölkədə talassemiya xəstələrinə pulsuz verilən dərmanlarla bağlı ciddi böhran yaşanır.

 

Onun sözlərinə görə, hər gün Mərkəzə xəstələrdən 100-dən çox zəng gəlsə də, dərman çatışmazlığı səbəbindən onların təlabatı qarşılanmır. O, həmçinin bu dərmanların xaricdən idxal edildiyini, hazırda isə onların əvvəlkindən fərqli olaraq, pulla satıldığını bildirib: “Hazırda idxal edilən bu dərmanların qiyməti əvvəlki dövrlərlə nisbətən 4 dəfə bahalaşıb və xəstələrin əksəriyyətin dərmanları almağa maddi imkanı çatmır”- deyə Meysəm Ramazani əlavə edib.

 

Ramazani həmçinin bildirib ki, dövlət qurumları tərəfindən yalnız “Xomeyni Yardım Komitəsi”nə müraciət edən digər xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım edilir. Talassemiya və hemofiliya kimi xəstəlikləri olanlar, eləcə də çətin sağalan xəstəliklərdən əziyyət çəkənlərə yadım edilmir. Talassemiya Mərkəzi dəfələrlə əlaqəli qurumlara, Rifah Nazirliyinə, eləcə də digər orqanlara müraciət etsə də, onlara müsbət cavab verilməyib və rəsmilər vəzifələrinin yalnız qeyd edilmiş komitəyə yardım etmək olduğunu bildiriblər.

 

Meysəm Ramazani İranın bəzi rəsmilərinin dərman qiymətlərinin artmadığını iddia etməsinin əksinə olaraq, ötən il pulsuz verilən talassemiya dərmanlarının bu il pullu olduğunu və qiymətinin 4 dəfə bahalaşdığını deyib.

 

Mərkəzin rəbəri bu prosesin davam edəcəyi halda İranda növbəti aylarda və illərdə xüsusi xəstəliklərdən əziyyət çəkən xəstələrin ölüm halının çoxalacağını bildirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar