SON XƏBƏRLƏR

İranda tunel uçması nəticəsində 3 nəfər ölüb, 5 nəfər dağıntılar altında qalıb

2021.10.20, 07:36
İranda tunel uçması nəticəsində 3 nəfər ölüb, 5 nəfər dağıntılar altında qalıb

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında Tehran- Şimal avtomagistralında tunelin uçması nəticəsində 8 nəfər dağıntılar altında qalıb.

 

Hadisənin yolun Qara Meşə adlanan bölgədən keçən hissəsində baş verdiyi deyilir.

 

Yerli media orqanlarının məlumatına görə, indiyə qədər 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Digər şəxslərin axtarışı isə toz-dumanın kəskin olması səbəbindən, çətinliklə davam etdirilir.  

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar