İranda türk adlarına qadağa mövzusunda sənədli film çəkilib- VİDEO

2021-08-05 11:40

Güney Azərbaycanın tanınmış rejissoru Məhəmməd Əlimuradi İranda türk adlarına qadağa qoyulması mövzusunda qısametrajlı sənədli film çəkib.

Gunaz.tv Quote | Gunaz article

 O, bu barədə özünün “instaqram” hesabında paylaşım edib.

M.Əlimuradinin “Adım” adlı yeni sənədli filmində üç azərbaycanlı ailənin övladlarına qoymaq istədikləri türk adları, buna qarşı məhdudiyyətlər və ailələrin dirənişi təsvir olunub.

“Məsələyə yeni və fərqli bir prizmadan yanaşmaq istəmişəm.

Bizə tanış olan bu əssasız qadağalar İranda uşaqlara ilk yaşlarından tətbiq olunur və onlara dünyaya gələndən dərhal sonra diktə edilmiş mədəniyyət və kimliyin acısını dadızdırır”-deyə, Məhəmməd Əlimuradi özünün sosial şəbəkə hesabında yazıb.

Məhəmməd Əlimuradi İranda türk adlarına və ümumlikdə qeyri-farslara qarşı ayrı-seçkilikdən gileylənərək yazır:

“Çox güman ki, tənqidi mövzuda olduğu üçün bu filmə də yayım icazəsi verilməyəcək. Bu üzdən özümün şəxsi sosial media hesabımda filmin treylerini təqdim etmək qərarına gəldim. Ümid edirəm ki, bu vasitə ilə xalqımız türk adları mövzusunda misilsiz dirənişin bir parçası ilə tanış olacaqlar.

Bu gün İranda qeyri-fars dillərinə və adlara qarşı məhdudiyyətlər mövcuddur. Mədəniyyət, dil və kimlik mövzusunda totalitar münasibətin ağır basqısı hiss olunur.

Həsən Ruhani hökuməti bu məhdudiyyətlərin aradan qaldırılması, etnik, dil, mədəniyyət və ana dilində təhsil hüquqları barədə vədlər vermişdi. Lakin 8 il bu sahədə heç bir addım atılmadı. 

Ümid edirəm ki, yeni hökumətin dövründə bu sahədə hansısa addımlar atılacaq və qeyri-fars mədəniyyətinə və dillərinə hakim münasibət dəyişəcək".

Qeyd edək ki, gənc və istedadlı rejissor Məhəmməd Əlimuradi bundan öncə Güney Azərbaycanda ekoloji problemlər, İranda türk dili və mədəniyyəti məsələləri və Azərbaycanın tarixi abidələri barədə bir neçə sənədli filmin müəllifidir.

Onun bir çox filmlərinə tənqidi yanaşmasına görə yayın üçün icazəsi verilməyib. Rejissor yayınına icazə verilməyən filmlərini sosial media vasitəsilə yayınlayır. 

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16