İranda türk çoxluğu. Farslar azlıqdadır, əhalinin mütləq əksəriyyəti türklərdi

2008-06-05 18:25

İranda türk çoxluğu Farslar azlıqdadır, əhalinin mütləq əksəriyyəti türklərdi İran adlanan ərazidə yaşayan Azərbaycan türklərinin sayı barədə məlumatlar dəfələrlə müzakirə mövzusu olsa da, rəsmi statistika olmadığından bu barədə konkret fikir yürütmək çət

Gunaz.tv Quote | Gunaz article

İranda türk çoxluğu Farslar azlıqdadır, əhalinin mütləq əksəriyyəti türklərdi İran adlanan ərazidə yaşayan Azərbaycan türklərinin sayı barədə məlumatlar dəfələrlə müzakirə mövzusu olsa da, rəsmi statistika olmadığından bu barədə konkret fikir yürütmək çətinlik törədir. Bununla belə zaman-zaman ayrı-ayrı araşdırmaların mövzusu olan İranda türklərin çoxluğu azərbaycanlıların say üstünlüyünü söyləməyə əsas verir. Belə araşdırmalardan birinin müəllifi Babək Öztürkün bildirdiyinə görə, İranda türk nüfuzundan danışarkən iki məqama diqqət yetilir. Türklərin sayının 35 və ya 40 milyon olması barədə ayrı-ayrı Güney təşkilatlarının, müəlliflərin məlumatı və İran dövlətinin rəsmi qurumlara, BMT-yə təqdim etdiyi 18 milyonluq azərbaycanlı sayı. Təbii ki, İranın rəsmən təqdim etdiyi 18 milyonluq rəqəm şübhə ilə qarşılanır və türklərin sayının bundan azı 2 dəfə çox olduğu təxmin edilir. B.Öztürk İranda türk nüfuzu barədə dəqiq araşdırmalar aparmağın mümkün olmadığını bildirərək bu sahədə 1950-ci ildə ordunun arxiv sənədlərindən müəyyən məlumatlar əldə etməyin mümkünlüyünü bildirir. 1951-53-cü ilərdə İran ordusununu məlumatları və son illərin rəqəmləri müqayisə edən B.Öztürk bildirir ki, hazırda İran adlanan ölkədə 90-ya yaxın dildə danışılır. Ancaq buna baxmayaraq dövlət dili fars dili elan edilib. İranda danışılan dilləri əsasən 3 qrupa ayıran müəllif bura fars dillərini, türk dillərini və sami dilərini daxil edib. Onun yazdığına görə, bu günkü İranda ən çox danışılan dillər Azərbaycan türkcəsi, Qaşqay türkcəsi və türkmən türkcəsini daxil olduğu türk dili, fars dili, ərəb dili, lor dili, lək dili, bəluc və gilək dilləridir. Azərbaycan türkcəsi bu dillər arasında əhatə dairəsinə görə daha geniş yayılıb. Ərazisi 1.648.195 kv km olan İranın 2003-cü ildəki rəsmi məlumatlara görə əhali sayı 68 milyon 278 min 826 nəfərdir. Bu çoğrafiyanın 300 min kv km-də türklər yaşamaqdadır ki, bu da Quzey Azərbaycan ərazisindən dörd dəfə böyük, Türkiyənin isə 40 faizinə bərabərdir. İranın 11 etnik bölgəyə ayrıldığını deyən B.Öztürk bura farsların bölgəsini, Azə rbaycan türklərinin bölgəsini, lorların, ləklərin, kürdlərin, larların, bəlucların, türkmən türklərinin bölgələrini, Gilan, Mazandaran və Ərəbistan bölgəsini daxil edir və bildirir ki, ayrıca bu bölgələrin də çoxunda türklər yaşamaqdadır. Ölkənin ən çox əhali cəmləşdiyi bölgəsi Mazandaran, ən az əhalisi isə Bəlucistandadır. Türklərə toplu və dağınıq olaraq İran adlanan ölkənin hər bölgəsində rastlandığını deyən müəllif gənub-qərb, cənub-şərq və güney torpaqlarında türklərin daha çox yaşadığını bildirir. Bura Güney Azərbaycan, Güney Türkmənistan və Xorasan, Güney və Mərkəz türkləri bölgəsi daxildir: "Güney Azərbaycan Türkiyə və Quzey Azərbaycanla sərhədən başlayaraq İran adlanan coğrafiyanın içərilərinə qədər uzanır. Bu bölgə 170 min kv km əhatə edir. Tarix və iqtisadi baxımdan ölkənin digər türk bölgələrinə nisbətən daha çox inkişaf edib. Bu bölgə əsas olaraq Təbriz, Urmu, Ərdəbil, Zancan, Şəzvin, Həmədan, mərkəzdəki Ərak, Tehran, Gilan, Rəşt və Kürdüstanı əhatə edir. Bu bölgələrin tamamı və ya böyük bir hissəsi türk ərazisi olaraq tanınır. Bir-brinə bağlı olaraq tanınan bu şəhərlərin ətrafında yaşayan əhalinin də böyük əksəriyyəti türklərdir. Türkmən və Xorasan türklərinə gəldikdə isə, bu bölgə Türkmənistan sərhəddindən başlayaraq ölkənin içərilərinə doğru uzanır. Burada əsasən türkmənlər yaşayır. Türkmənlər əsasən Gülüstan vilayətində, müəyyən hissəsi isə Xorasanda yaşayır. Türkmənlərə qonşu olan Xorasan türkləri özləri isə dağınıq halda Xorasan vilayətində yaşayır. Türkmənlərin yaşadığı ərazinin 23 min kv km, Xorasan türklərinin yaşadığı ərazinin isə 52 min kv km olduğu bildirilir. İranın güneyində və mərkəzində yaşayan türklər isə bölgəyə dağılaraq başqa millətlərlə birlikdə yaşayır. Bu əraziyə İsfahan, Fars, Buşəhr, Yəzd, Bəxtiyari, Boyər, Kirman kimi bölgələr daxildir. Bu ərazilərin ümumilikdə 65 min kv km olduğu bildirilir. Müəllifin bildirdiyinə görə, İranın hər tərəfində yaşayan türklərə ən çox sayda 3 bölgədə rastlanılır. Azərbaycan türkləri türk nüfuzunun böyük hisssini təşkil edir ki, onlar ölkənin cənub-qərb, mərkəz və cənub-şərqində daha çoxdurlar. Ona görə də bu ərazilər Türkiyədən sonra ən çox sayda türkün yaşadığı bölgələr kimi xarakterizə olunur. 1951-53-cü illərin məlumatına görə, təkcə Tehranın əhalisinin sayı 1,040,000 nəfər olub ki, buun da üçdə biri, yəni 346,667-i türklər olub. UNESCO-nun 1951-ci ildə verdiyi məlumata görə isə, İrandakı türklərin 22 faizi köçəri olaraq yaşayıb. 1951-53-cü illərin məlumatına görə, İran adlanan ölkədə türklərin yaşadığı bölglərin adı və əhali sayı belədir: Mərkəzi vilayət: Qəzvin 289,478 nəfər, Dəmavənd 9,156 nəfər, Qum 7,115 nəfər, Savə 123,754 nəfər, Məhəllat 5,046 nəfər. 1-ci vilayət:Ərak 203,322 nəfər, Ənzəli limanı 9,099 nəfər, Rəşt 33,534 nəfər, Zəncan 433,291 nəfər, Talış 40,788 nəfər, Fumən 6,231 nəfər, Lahican 5,164 nəfər. İkinci vilayət:Amol 1,025 nəfər, Sarı 2,715 nəfər, Şahrud 6,230 nəfər, Gorqan 43,615 nəfər, Gonbede-Kavus 47,290 nəfər, Noşəhr 180 nəfər. Üçüncü vilayət:Təbriz 662,809 nəfər, Ərdəbil 371,536 nəfər, Əhər 262,624 nəfər, Xalxal 114,425 nəfər, Miyana 124,057 ənfər, Sarab 123,932 nəfər, Mərənd 122,026 nəfər, Meşkin 64,589 nəfər. Dördüncü vilayət: Urmiyə 136,061 nəfər, Xoy 149,232 nəfər, Marağa 347,270 nəfər, Maku 64,167 nəfər, Mahadab (Soyuqbulaq) 7,169 nəfər. Beşinci vilayət: Bicar 46,736 nəfər, Tusəkan 6,729 nəfər, Sənəndəc 39,586 nəfər, Şahabad 295 nəfər, Kirmanşah 3,183 nəfər, Məlayer 39,266 nəfər, Həmədan 389,965 nəfər. Altıncı vilayət: Əhvaz 1,260 nəfər, Xürrəmabad 1,400 ənfər. Yeddinci vilayət: Abadə 33,612 nəfər, buşəhr 23,972 nəfər, Şiraz 24,461 ənfər, Fesa 121,343 nəfər. Səkkizinci vilayət: Sircan 580 nəfər. Doqqucuncu vilayət Becnurd 62,355 nəfər, Dərəgəz 77,673 nəfər, Səbzəvar 80,849 nəfər, Qucan 110,925 nəfər, Məşhəd 9,890 nəfər, Neyşapur 13,970 nəfər. Onuncu vilayət: İsfahan 3,287 nəfər, Şahrza 48,395 nəfər, Şəhrəkord 42,498 nəfər, Fəriden 72,090 nəfər. Bu rəqəmlər təqdim edilidkdən sonra əsas diqqət Türkiyə və Quzey Azərbaycan sərhədlərindən İranın içərilərinə doğru uzanan Güney Azərbaycan ərazisinə yönəlir: "Bu topaqların tarixi adı Azərbaycandır və burada Azərbaycan türkləri yaşamaqdadır. Qədim türk ellərindən olan Əfşar, Bayat, Bəydilli, Bayandır, Halac, Ağqoyunlu, Qaraqoyunlu, Rumlu, Ustaclı, Təkəli, Şamlı, Zülqədir, Varsaq, Çapanı, Turqutlu, Əcirli, Qacar, Bayburtlu, İspirli, Qaragözlü, Borçalı elləri bir araya gələrək Azərbaycan türkləri adı altında tanınır. Tarix boyu Azərbaycanda yaşayan qıpçaq və halacların çoxu oğuz türkləri içində əriyib. Amma indiyə qədər onların şivələrindən qalan söz və deyimlər var. Bu gün qədim halac ləhcəsində danışan türklər əsasən Qum, Tefreş, Sələceqan kimi şəhərlərdə 50-60 kənddə yaşayır. Güney Azərbaycanda yaşayan türklərin böyük əksəriyyəti müsəlman və cəfəri şiə məzhəbində olsa da aralarında sünnilər də var. Bölgədə az sayda da olsa bəhayi, xristian, zərdüşti və musəvi türklər də yaşamaqdadır". Güney Azərbaycan türkləri haqqında müxtəlif illərdə müxtəlif rəqəmlərin təqdim edildiyini bildirən müəllif bu sırada bir çox araşdırmaçıların adlarını çəkir. Məsələn, Masinqonun araşdırmasına görə, 1929-cu ildə bu say 2 milyon, Brukun araşdırmasına görə, 1956-cı ildə 4 milyon 195 min, Laziboğlunun həmin ildə verdiyi məlumata görə 3 milyon 900 min, 1966-cı ildə Cəfəroğlunun araşdırmasına görə 4 milyon, Y.Dö nməzin 1970-cı il araşdırmalarına görə 4 miloyn 623 min, Doktor Qafalının təqdim etdiyi məlumatlarda 1972-ci ildə 6 milyon, Laziboğlunun bu dəfə 1980-cı il məlumatına görə 16 milyon, 1981-ci il məlumatına görə 21 milyon nəfər olub. Güney Azərbaycanda İran ordusunun 1951-53-cü il sənədlərinə əsasən əhalisi çox olan şəhər və kəndlərin siyahısı da hazırlanıb. Bu siyahıya 668 kənd və 662,809 nəfərlə Təbriz başçılıq edir. Zəncanda kəndlərin sayı 1032 olmaqla daha çox olub. Əhali sayı isə 433,291 nəfər təqdim edilib. Həmədanda 452 kənd olmaqla əhali sayı 389,965 nəfər göstərilib. Ərdəbildə 732 kənd və 371,536 nəfər, Marağada 881 kənd və 347,270 nəfər, Qəzvində 441 kənd və 289,478 nəfər, Əhərdə 868 kənd 262,624 nəfər, Ərakda 334 kənd və 203,322 nəfər, Xoyda 252 kənd və 149,232 nəfər, Urmuda 361 kənd və 136,061 kənd, Miyanada 289 kənd və 124,057 nəfər, Sarabda 178 kənd və 123,832 nəfər, Savədə 224 kənd və 123,754 nəfər, Mərənddə 141 kənd və 122,026 nəfər, Xalxalda 323 kənd və 14,425 nəfər, Meşkində 327 kənd və 64,589 nəfər, Makuda 291 kənd və 64,167 nəfər, Bicarda 136 kənd və 46,736 nəfər, Talışda 68 kənd və 40,788 nəfər, Malayerdə 65 kənd və 39,266 nəfər, Ənzalidə 10 kənd və 9,099 nəfər azərbaycanlı yaşadığı göstərilib. Bundan başqa Qumda 17 kənddə 7,115 nəfər azərbaycanlı, Tuyserkanda 9 kənddə 6,729 nəfər azərbaycanlı olduğu göstərilib. İranın başqa bölgələrində azərbaycanlıların ümumilikdə 209 kənddə yaşadığı və saylarını 68, 643 nəfər olduğu vurğulanıb. Ordunun verdiyi məlumatlara diqqət yetirdikdə İran adlanan coğrafiyada türk nüfuzunun həmin illər üçün 4 milyon 100 min 122 nəfər olduğu görünür. Bu rəqəmə Tehranda yaşayan türklər də əlavə edilərsə 4 milyon 446 min 789 nəfər olur. Əgər 22 faiz köçəriləri də bu əlavə etsək 5 milyon 425 min 83 nəfər olar. Bu isə ümumilikdə o zamankı ölkə əhalisinin 29,01 faizinə bərabər bir rəqəmdir. İran ordusunun hesabatından uzun müddət keçdikdən sonra İran Statistika Mərkəzi 1998-1999-cu illərdə təqdim etdiyi sənədlərə diqqət yetirək. Nəzərə alaq ki, statistika hazırlandığı dönəmdə Qəzvin hələ Zəncan vilayətinə daxil idi. (Ardı var) Əmir TURQUT olaylar
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19