Bu istək uzun illərdirki Güney Azərbaycan əhalisinin müxtəlif təbəqələri tərəfindən dəfələrlə səsləndirilib.
Gunaz.tv
Ancaq mərkəzi hökumət buna heç bir əhəmiyyət verməyib. İndi bu istəyin hakimiyyətin bəzi güc qurumlarına bağlılığı ilə tanınan "Fars" xəbər agentliyində əks olunması olduqca maraqlı görünür.
Bir qrup virtual şəbəkə istifadəçisi, “Fars” xəbər agentliyində (mənim fars bölümüm) bir kampaniya başladaraq türk dilində televiziya kanalının yaradılmasını istəyiblər. İstək müraciətində deyilir:
"Tehran, Kərəc, Qum, Qəzvin və digər mərkəzi əyalətlərdə yaşayan çox sayda İran vətəndaşı türk dilində milli mediaya sahib olmaqdan məhrumdur.
Bu insanların çoxu fars dilini bilməyən və fars dili ilə ümumiyyətlə əlaqəsi olmayan yaşlı insanlardır. Ölkənin radio və televiziyalarında gedən verilişlərdən istifadədə heç bir payları yoxdur.
Xüsusilə bu karantin günlərində yaşlı insanlardan evdən çıxmamaları tələb edildiyi bir vaxtda, İranda yaşayan çoxsaylı türk əhalisi üçün ümumi bir şəbəkə yaratmaq ehtiyacı hər zamankındən daha çox hiss olunur."
Türk dilində ümumi televiziya kanalı açmaq kampaniyasını dəstəkləməyə dəvət:
https://www.farsnews.ir/my/c/46024
C.E