İran mətbuatı dünən axşam Əhvaz-Məşhəd arası uçan təyyarənin qaçırılmasına cəhdin qarşısının alındığını yazıb.
Gunaz.tv
İran İslam İnqlab keşikçiləri Korpusunun Aviasiya Təhlükəsizliyi Birliyinin ictimaiyyətlə əlaqələri şöbəsindən mətbuata verilən məlumatda, dünən axşam (Cümə axşamı) Əhvaz-Məşhəd marşrutu üzrə uçan təyyarınin qaçırılma planının qarşısının aldığını iddia edilib.
“Sepah”ın yaydığı bəyanatda bildirilib; “Cümə axşamı Sepahın Uçuş Təhlükəsizliyi Birliyinin əməkdaşlarının sayıqlığı nəticəsində yerli vaxtla saat 22.00-da 10 dəqiqə gecikmə ilə Əhvaz Hava Limanından 334 nömrəli uçuşla Məşhədə uçan İran Hava Yollarına məxsus “Fokker 100” təyyarəsini qaçırmaq cəhdinin qarşısı alınıb. Uçaq İsfahan hava limanına endirilərək cinayətkar zərərsizləşdirilib.”
Sepahın yayınladığı məlumatda “uçağı qaçırmağa cəhd göstərən şəxsin onu körfəzin cənubunda yerləşən ölkələrdən birində endirməyi planlaşdırdığı” iddia olunub.
Tutuqlanan şəxsin kimliyi və uçaq qaçırmağa cəhdinin səbəbləri barədə məlumat verilməyib.
C.E