SON XƏBƏRLƏR

İranda yaraqlı bəluclarla baş verən qarşıdurmada 2 “Sepah”çı öldürülüb, 2-si yaralanıb

2021.10.20, 07:36
İranda yaraqlı bəluclarla baş verən qarşıdurmada 2 “Sepah”çı öldürülüb, 2-si yaralanıb

Gunaz.tv

GünazTV: İranın Sistan-Bəlucistan əyalətində sünni məzhəbli müxalif bəluclarla baş verən silahlı qarşıdurmada 2 “Sepah”çı öldürülüb, 2-si yaralanıb.

 

“Sepah”ın “Qüds” qərargahının yaydığı məlumata əsasən, hadisə iyulun 21-i sübh saatlarında Sistan-Bəlucistan əyalətinin Pakistan sərhədinə yaxın Səravan şəhərinin Keştqan məntəqəsində baş verib. Bölgədə reyd keçirən “Sepah”çılarla kimliyi hələlik bəlli olmayan yaraqlı bəluclar arasında qarşıdurma yaranıb. Atışma nəticəsində 2 “Sepah”çı (Möhsün Nəqibi və Əbdülxaliq Drazhi) yerindəcə öldürülüb, 2-si (Məhəmməd Suri və Şəmsəddin Budaq) yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Yaraqlı bəluc dəstə üzvlərinin hansı müxalif bəluc təşkilatına bağlı olması barədə hər hansı bir məlumat yayılmayıb. Müxalif bəluclar hadisə yerindən qaça biliblər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar