SON XƏBƏRLƏR

İranda yük təyyarəsi qəzaya uğrayıb, 15 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTOLAR

2021.10.20, 07:36
İranda yük təyyarəsi qəzaya uğrayıb, 15 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTOLAR

Gunaz.tv

GünAzTV: İran ordusu hava qüvvələrinə məxsus “Boeing-707” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Hadisə, yanvarın 14-ü, yerli vaxtla sübh saat 08:30 radələrində İranın Kərəc şəhərinin Səfadəşt məntəqəsində baş verib. Qırğızıstanın paytaxtı Bişkekdən havaya qalxan və ət daşıyan təyyarə, səhvə yol verərək, Kərəcin “Pəyam” hava limanında eniş etmək əvəzinə Səfadəştin “Fəth” hava limanında yerə enib. Eniş zamanı təyyarədə nazazlıq yaransa da, pilot təyyarəni idarə edə bilməyib. Nəticədə, təyyarə uçuş-eniş zolağından çıxaraq, ətrafdakı bir neçə yaşayış binsına çırpılıb.

 

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 16 nəfərdən 15-i yerindəcə həlak olub, pilotlardan biri ağır yaralanıb. Hadisə yerinə xilasedicilərin cəlb edildiyi bildirilir. Qəzanın səbəbləri araşdırılır.

 

 

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar