İranda yüzlərlə etirazçının qətlinə fərman verən Xamneyi, etirazlarda günahsız öldürülənlərin “şəhid” sayılmasına göstəriş verib

05.12.2019, 11:58

GünazTV: İranın “dini” lideri axund Əli Xamneyi dekabrın 4-də Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin ölkədə baş verən son etirazlarla bağlı təqdim etdiyi hesabatına münasibət bildirərək, kütləvi etirazlarda rolu olmadan hökumət qüvvələri tərəfindən qətlə yetirilən vətəndaşların “şəhid” sayılmasına göstəriş verib.

 

Bundan əvvəl etdiyi çıxışlarının birində ölkənin 200-ə yaxış şəhərində küçələrə axışaraq hakimiyyətə qarşı dinc etirazlarını bildirən milyonlarla dinc etirazçını “dələduz” və “xuliqan” adlandıran Xamneyi, başçılıq etdiyi rejimin ölkədə törətdiyi misilsiz qətliamın detalları ifşa edildikdən sonra əvvəlki sərt mövqeyindən qismən geri çəkilib.

 

Xamneyi, Əli Şəmxaninin son olaylarla bağlı ona təqdim etdiyi hesabatına və irəli sürdüyü bəzi təkliflərinə cavab olaraq deyib ki, ölkədə baş vermiş son etirazlarda heç bir rolu olmadan qətlə yetirilənlər “şəhid” qismində qəbul edilməli, “Şəhid Fondu”nun himayəsi altına alınmalıdır: “Etirazlarda hər hansı bir şəkildə həyatını itirənlərin ailələrinə qan pulu ödənilməli, onların valideynlərinin könlü alınmalıdır.

 

Həmçinin etirazlarda silahlı olduğuna və ya soyuq silah gəzdirdiklərinə görə qarşıdurmalarda ölənlərin günahı onların ailə üzvlərindən hesabına yazılmamalı, onların valideynlərinin könlü alınmalı, dələduzluqda şübhəli bilindikləri üçün öldürülənlərin ailələri ilə də islami güzəşt qaydasında davranılmalıdır” –deyə, İranın “dini” lideri axund Əli Xamneyi əlavə edib.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərdən 18-i azyaşlı uşaqlar və yeniyetmələrdir.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Bundan başqa, qəzəbli etirazçılar hakimiyyətə bağlı bir axundu ələ keçirdikdən sonra onun cinsi orqanını kəsib atıblar. Axund xəstəxanaya yerləşdirilib.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01