SON XƏBƏRLƏR

İrandan Amerikaya ixracat təxminən sıfıra düşüb

2021.10.20, 07:36
İrandan Amerikaya ixracat təxminən sıfıra düşüb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Statistika İdarəsi 2019-cu ildə xarici ölkələrlə bu ölkə arasında olan ticarət dövriyyəsi ilə bağlı məlumat yayıb.

 

Hesabata əsasən, ABŞ ötən il İrana təqribən 73 milyon dollar dəyərində əmtəə ixrac edib. Bu isə 2018-ci illə müqayisədə 6 dəfə azalmanın olduğundan xəbər verir.

 

2019-cu il ərzində Amerikanın İrandan etdiyi idxalatın həcmi isə ümumilikdə 1.4 milyon dollar təşkil edib. Halbuki, bu rəqəm 2018-ci ildə təqribən 70 milyon dollar idi.

 

2019-cu ilin 6 ayı ərzində ABŞ İrandan heç bir məhsul idxal etməyib. Qalan aylar ərzində edilən idxalat isə çox cüzi olub.

 

Qeyd edilən dövrdə ABŞ İrana əsasən dərman, tibbi ləvazimatlar və kənd təsərrüfatı malları ixrac edib. İranın ixrac etdiyi məhsullar isə fərş, püstə, quru meyvələr və zəfərandan ibarət olub.

 

Xatırladaq ki, ABŞ 2018-ci ilin avqust ayından etibarən İrandan bu ölkəyə xalça idxalına qadağa qoyub. ABŞ bazarı İranın fərş satışının 1/3 hissəsini tutur. Amerika bundan öncə də bir neçə dəfə İrandan fərş alışına qadağa qoyub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar