SON XƏBƏRLƏR

İrandan Azərbaycana 95 kiloqram narkotik vasitə keçirmək istəyən dəstə tutulub

2021.10.20, 07:36
İrandan Azərbaycana 95 kiloqram narkotik vasitə keçirmək istəyən dəstə tutulub

Gunaz.tv
İrandan Azərbaycana 95 kiloqram narkotik vasitə keçirmək istəyən dəstə tutulub narkotik_qachaqmalchilarini_mtn_yaxaladi1.jpg Sumqayıt və İran vətəndaşları 8 kiloqram artıq heroin və 86 kiloqrama yaxın həşişi Azərbaycana satış məqsədilə gətiriblər Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Irandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb. 95 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Sumqayıt şəhər sakinləri - Nəbi Quliyev, Şadət Nəsibov, İran İslam Respublikasının vətəndaşı Fərhad Karigər, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Mahmud adlı vətəndaşı və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitə - 8 kiloqram 426 qramdan artıq heroin və 86 kiloqrama yaxın həşiş Azərbaycan gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək satış məqsədilə İrandan Azərbaycana gətirilib. Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsində dövlət sərhədini qanunsuz keçmə, mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, mütəşəkkil dəstə tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma maddələri ilə cinayət işi başlanılıb./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar