SON XƏBƏRLƏR

İrandan Azərbaycana "din" ixracı . Ermənistanla qardaşlaşan farslar ölkəmizdə "fars millətçiliyini" din kimi təbliğ edirlər

2021.10.20, 07:36
İrandan Azərbaycana "din" ixracı . Ermənistanla qardaşlaşan farslar ölkəmizdə "fars millətçiliyini" din kimi təbliğ edirlər

Gunaz.tv
İrandan Azərbaycana "din" ixracı irannaaa.jpg Ermənistanla qardaşlaşan farslar ölkəmizdə "fars millətçiliyini" din kimi təbliğ edirlər Əcnəbi müsəlman təbliğatçılarından danışarkən, İran foktorunu nəzərdən qaçırmaq olmaz. Bu ölkə rəsmilərinin dəfələrlə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri, bu gün də Xəzər dənizi ətrafındakı prosesdə "kilid isim" rolunu oynadıqları və iki dövlət arasında münasibətlərin sıcaq olmaması bu ölkəyə qarşı ehtiyatlı davranmağı tələb edir. Nəzərə alsaq ki, bu dövlət Azərbaycandakı proseslərə təsir etmədə ABŞ, Türkiyə və Rusiyadan heç də geri qalmır, məsələnin nə qədər ciddi olduğuna şahid oluruq. Ən təhlükəlisi isə bu dövlətin məhz dindarlara təsiretmə gücünün başqa dövlətlərdən, hətta öz dini qurumlarımızdan da artıq olmasıdır. İranın Azərbaycanın dini mühitinə nəzarəti o həddədir ki, sonradan Azərbaycana gələn başqa missionerlər onlara yaradılan imkanlara rəğmən heç də İranın nəzarətində olan regionlarda müvəffəqiyyət tapa bilmirlər. Bu qüvvələr yalnız İranın təsirindən nisbətən kənar regionlarda öz işlərini qururlar. Azərbaycan Respublikası Konstitusiyanı görə din dövlətdən ayrı olduğu halda, nə üçün İranın ölkəmizdəki dini proseslərə təsiri təhlükə mənbəyi sayılır? Çünki İran dini mühütimizdə hegemon olduğu kimi, bizim suverenliyimizə qarşı da təhdidlərlə çıxış edir. İran rəsmilərinin ərazi bütövlüyümüzə qarşı səsləndirdikləri sərsəm bəyanatları duymayan yoxdur. Ermənilərlə qardaşlıq edən fars rejiminin sabah bizə qarşı ərazi iddiası ilə çıxış edəcəyi də qayət mümkündür. Çünki farsların kiçik qardaşı ermənilər də torpaq istəyinə belə başlamışdılar. Əhalisinin yetmiş faizdən çoxu müsəlman şiə olan Azərbaycan üçün İranın bu təhdidləri olduqca təhlükəlidir. İranda hakim mövqe fars milliyyətçilərinin əlində olduğundan, daha doğrusu bu dövlətin qeyri-rəsmi ideologiyasının farslaşdırma olduğundan, İranın Azərbaycana ixrac etdiyi "məzhəbçilik" də birbaşa bu dövlətin siyasətinin tərkib hissəsi sayılmalıdır. Düzdür, əksər dini başçılar azərbaycanlılar olsalar belə, yürüdülən siyasət ənənəvi fars milliyyətçiliyi siyasətidir. Çünki fars milliyyətçiliyinin əsl hədəfi İranda yaşayan xalqların Ari irqindən olduqlarını və ayrı dillərdə danışan insanları farslaşdırmağı mənimsəyən bir ideologiyadır. Eyni zamanda, məhz 1979-cu ildən sonra ənənəvi fars millətçiliyi siyasi meydanda real faktora çevrilmişdir. İran düşünürlərindən olan Sadeq Ziba Kəlam fars dilini və mədəniyyətini, Cəfəriliyi İran bayrağını və coğrafi sahəsini İran milli kimliyini müəyyənləşdirən əsas atributlar kimi dəyərləndirməkdədir. Bu isə İranın siyasətinin tərkibəhissəsidir. Hətta İranın ən modernist islam alimlərindən sayılan və buna görə qınanan Şəriəti də İranda milliyyət ilə dinin bütünləşdiyini yazır:"İranlı müsəlman yəni, şiə nə keçmiş iranlı, nə də Sami İslamın məhsuludur. Burada tarixdə bənzəri görünməyən bir olay baş vermişdir. Yəni iki mədəniyyət birləşmişdir". Buradan çıxış elərək deyə bilərik ki, İranın bizlərə təqdim etdiyi şiəliyin Həzrəti Əli tərəfdarlığı ilə mahiyyət etibarı ilə heç bir bağlılığı yoxdur, sadəcə görüntü var. Və həmin görüntünün altında fars milliyyətçiliyini insanlarımıza aşılamaq prosesi getməkdədir. "Strateji Analiz" dərgisi "modern fars milliyyətçiliyinin inkişaf mərhələsində massonluq, Hindistandan yaşayan pars oliqarxiyası, siyonist çevrələr və Erməni Daşnaq Təşkilatı tərəfindən dəstəkləndiyini" yazır. Əslində fars milliyyətçilərinin bu işində eyib tutulacaq bir məqam yoxdur. Çünki onlar rus, ərəb, türk və başqa təhlükələrə qarşı bu yolu seçiblər. Qınanası bizlərik ki, bu vaxta qədər din siyasətimizi düzgün müəyyənləşdirməmiş, bu strateji məsələ ilə bağlı öz hədəflərimizi müəyyənləşdirməmişik. Dini doktrinamız hələ də yoxdur. Dinlə məşğul olan məmurlarımız isə hələ də nəzir və həcc davası döyürlər. Bu da Azərbaycanda maraqlı olan ölkələrin, o cümlədən İranın ölkəmizə nüfuz etməsinə geniş imkan tanıyır. Daxildə və xaricdə fərqli siyasət... İran daxilində fars millətçiliyi ilə cəfəriliyin harmoniyasını yaratmaq cəhdindədir. Hətta İran İslam İnqilabının başlıca ideoloqlarından olan Mürtəza Mütəhərri də bu cəhddə bulunub. Fəqət Azərbaycanda İranın emissarları ciddi-cəhdlə "ümmətçilik" anlayışını irəli sürməkdədirlər. İnsanların beyninə milli birliyin lüzumsuz olduğunu və onlara sərf edən müsəlman vəhdətinin vacibliyini yeritməkdədirlər. Bir çoxlarımız da bunun təsirinə düşürlər. Bu da ilkin halda insanları öz millətindən, milli kimliyindən imtina etdirmə siyasətinin tərkib hissəsidir. İranlı düşüncə sahibləri çox yaxşı başa düşürlər ki, xam torpaq saydıqları Azərbaycanda milli şüur inkişaf edərsə, onların burada fəaliyyət mexanizmləri son dərəcə zəifləyəcək. Bu da onların marağına cavab vermədiyindən var- gücləri ilə "ümmətçilik" faktorunu qabardırlar. Özləri müsəlman qardaşları saydıqları Azərbaycanın torpaqlarını qəsb edən təcavüzkar Ermənistana yardım etdikləri halda. Bu fakt özü-özlüyündə İranın "ümmətçilik" siyasəstində nə qədər səmimi olduğunu göstərir. İranın Azərbaycana təsiretmə mexanizmləri... İranın Azərbaycana təsiretmə mexanizmlərinə gəlincə, ən başlıca faktorun buradakı əhalinin şiəlik oluduğunu demək lazımdır. Məhz bu amil İranın Azərbaycanda digərlərinə nisbətdə daha rahat təbliğat aparma imkanlarını genişləndirir. Bu amil həmçinin, İranda təhsil alan gənclərin də beyinlərinin "yuyulmasında" mühüm rol oynayır. Gənclərə gəlincə, İranda təhsil alan bu şəxslər İranın potensial "minaları" durumundadırlar. Yəni, orada təhsil alan gənclərin təsir altına düşməmə ehtimalı çox azdır. Bu da ayətullahların təsirinə düşən şəxslərin sabah daha da artmasına gətirib çıxaracaq. Bu insanların həmin ayətullahların fətvası ilə oturub-durmalarını nəzərə alsaq, müharibə olduğu təqdirdə yenə də onların gözlərinin İrandakı mərcii-təqlidlərində olacağı qənaətini yaradır. Bəs onlar necə İrana gedib çıxırlar? İranda təhsilalma iki yolla gerçəkləşir. Birincisi, rəsmi yoldur ki, Təhsil Nazirliyi vasitəsi ilə bu reallaşır. Ancaq Təhsil Nazirliyi İranın yalnız bakalavr diplomlarını tanıyır, magistrlərin diplomları tanınmır. Eyni zamanda bu tələbələrin bir çoxunun orada ali təhsil deyil, mollaxana səviyyəsində dərs aldıqları barədə də kifayət qədər hələki təkzib edilməmiş məlumatlar var. İkinci yol qeyri-leqal yolla İranda təhsil almaqdır ki, bu yolu seçənlər öncə Qumda, Məşhəddə və ya Ərdəbildə mədrəsə təhsili görürlər. Mədrəsəni bitirdikdən sonra daha yüksək yerlərə sənəd verə bilərlər. Bu şəxslərin aldıqları diplomlar isə Təhsil Nazirliyimiz tərəfindən tanınmır. Eyni zamanda qeyd etmək lazımdır ki, təsir altına düşən və İranın ölkəmizdə emissarına çevrilənlərə qeyri-leqal yolla təhsil alanlar arasında daha çox rastlanılır. İranda təhsil alanları xarakterizə edərkən, bu insanlarda dövlətçilik duyğusunun daha aşağı olduğunu və zərərli "ümmətçi" olduqları nəzərə çarpır. Adi fakta nəzər salaq. İranda təhsil alan şəxsdə ikilistandart tez görünür. Onun yanında Azərbaycandan istənilən dini nüfuz sahibini tənqid, hətta təhqir etsək, reaksiya çox zəif olacaq. Ancaq bu şəxslərin yanında İranın hər hansı ayətullahını tənqid belə etmək olmur. Həmin an "dini duyğuları inqilab edir". Biz hansısa din xadimimizin, elə ən ali ruhanimiz olan Hacı Allahşükür Paşazadənin hər hansı hərəkətlərini qəbul etməyə, ondan fərqli düşünə bilərik. Ancaq öz vətəndaşımızı hansısa bir farsın, hətta azərbaycanlı olsa belə İran İslam Respublikasının, Suriyanın, İraqın vətəndaşı olan ayətullahdan aşağı tutmaq olduqca zərərlidir. Səhvsiz insan yoxdur. Ancaq özümüzünkülərin səhvlərini böyüdücü şüşə ilə axtarıb, fars ideologiyasının dəyirmançılarını yüksəltmək nə etik cəhətdən düzdür, nə də dövlətçilik baxımından. Əsl həqiqətdə bu olduqca təhlükəli tendensiyadır və buna qarşı bütün cəbhələrdə mübarizə aparılmalıdır. İranın Azərbaycana təsiretmə mexanizmlərinin biri də nəzarətdən kənarda qalan məscidlər və ziyarətgahlardır. Həmin məscidlər və ziyarətgahlar vasitəsi ilə cəmiyyətə təsiretmə "rıçaqlarını" əlində saxlayan İran çox vaxt öz emissarlarını da bu ibadətgahlarda yerləşdirir və buradan da öz missionerlik fəaliyyətlərini həyata keçirirlər.əİran Mədəniyyət Mərkəzinin rəhbəri, vilayəti-fəqihin nümayəndəsi sayılan Seyyid Ocaq Nəjatın Bakının mərkəzində yerləşən Heyvanxananın yanındakı "Hüseyniyyə"də dəfələrlə moizə oxuyur. Hətta Səid Dadaşbəylinin dəstəsinin ifşası da İranı Azərbaycana qarşı fəaliyyətindən geri çəkindirməyib. İran Mədəniyyət Mərkəzi yenə də öz fəaliyyətini davam etdirməkdədir. "Nizami" metrosunun yanında yerləşən bu mərkəzin təxribat yuvası olduğu və mədəniyyətdən başqa hər bir işlə məşğul olduğu barədə dəfələrlə mətbuatda məsələ qaldırılıb. Öz qılafına bürünərək bayıra çıxmayan Ocaq Nəjatı bu gün onun və İrandakı həmkarlarının yetişdirdiyi onlarla "farslaşdırılmış" azərbaycanlı gənc əvəzləyir. Bundan başqa İranın "İmdad" Cəmiyyəti də Azərbaycanda "fars şiəliyi"nin əsas yayıcılarındandır. Məsələ burasındadır ki, mətbuata qapalı olan bu təşkilatın da nə işlə məşğul olduğu bilinmir. Ancaq fəaliyyətləri də davam edir. İranın Azərbaycana təsir etmə mexanizmlərindən biri də zərərli dini ədəbiyyatdır. Bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin satışına qadağa qoylumşu kitablara nəzər salsaq görərik ki, əksəri Qum şəhərində çap olunublar. Üstəlik, zərərli məzhəb təəssübkeşiliyini aşılayırlar. Bu kitabların əsasən "Əlxuda", "Fatimə", "Zəhra" kitab mağazalarında satılması da təsadüfi hal deyil. Bu mağazalar da həmin fars-dini missioner şəbəkəsinə aiddir. Baxın, İranda çap olunub Azərbaycanda təbliğ olunan kitablara nəzər salın:"Necə hidayət oldum", "Doğru yolda olanlar birgə", "Şiə cavab verir" və s. Bu kitabların hamısında da son dərəcə məzhəb təəsübkeşliyi özünü bariz şəkildə büruzə verir. Son olaraq qeyd etməliyik ki, İranın emissarlarının təhlükəliliyi barədə danışmaq yersizdir. Çünki görünən dağa bələdçi lazım deyil. "Yeni Çağ" Araşdırma Qrupu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar