SON XƏBƏRLƏR

İrandan Azərbaycana narkotik vasitə keçirən iki dəstə zərərsizləşdirilib

2021.10.20, 07:36
İrandan Azərbaycana narkotik vasitə keçirən iki dəstə zərərsizləşdirilib

Gunaz.tv
İrandan Azərbaycana narkotik vasitə keçirən iki dəstə zərərsizləşdirilib Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində «İran-Azərbaycan» marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrup yaxalanıb, onlardan ümumi çəkisi 6 kiloqramdan çox olan heroin aşkarlanaraq götürülüb. Bu barədə MTN ictimai əlaqələr mərkəzindən bildirilib. Yardımlı rayon sakinləri – Cabir Bədirov və Qabil Bağırov saxlanılıb. Onlardan 3,5 kiloqrama yaxın narkotik vasitə olan heroin götürülüb. Məlum olub ki, onlar və habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədilə İrandan Azərbaycana gətiriblər. Cabir Bədirov İran vətəndaşına sifariş etdiyi narkotik vasitəni sonuncudan qəbul etməyi Qabil Bağırova tapşırıb. Qabil Bağırov həmin narkotiki Yardımlı rayonunun Avaraq adlanan ərazisində İran vətəndaşından təhvil alıb Yardımlı qəsəbəsindəki evinin həyətində gizlədib. Bundan başqa, Biləsuvar rayon sakini Sakit Musayev, Cəlilabad rayon sakinləri - Zahid Quliyev və Cahid Quliyev qardaşlarından 2,580 kiloqrama yaxın heroin götürülüb. Məlum olub ki, adıçəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirmək barədə razılığa gəliblər. Sövdələşməyə əsasən, Sakit Musayevin sifarişi ilə İran vətəndaşları narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirib, Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığında Zahid Quliyevə veriblər. Sonuncu narkotik vasitəni İran vətəndaşlarından qəbul etməsi barədə Sakit Musayevi məlumatlandırıb və həmin narkotiki ona təhvil vermək üçün Cəlilabad şəhərindəki «İran bazarı» adlanan yerdə görüş təyin ediblər. Sakit Musayev təyin olunan yerdə Zahid və Cahid Quliyev qardaşları ilə görüşüb onların gətirdikləri heroini təhvil alıb və bunun müqabilində Zahid Quliyevə 10 min ABŞ dolları verib. Hər iki faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar