SON XƏBƏRLƏR

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 41 kq-dan artıq heroin dövriyyədən çıxarılıb

2021.10.20, 07:36
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 41 kq-dan artıq heroin dövriyyədən çıxarılıb

Gunaz.tv
Narkotik vasitəni Türkiyə vətəndaşları qabaqcadan əlbir olaraq satış məqsədilə gətiriblərmiş Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən birgə tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə, buradan isə Avropaya ötürülməsi nəzərdə tutulan 41 kiloqram 274 qram narkotik vasitə olan yüksək keyfiyyətli heroin dövriyyədən çıxarılıb. Külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla İrandan Azərbaycan ərazisinə Türkiyə vətəndaşları Çengiz Çeftçi, Mehmet Balıqçıoğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə gətiriblər. Astara gömrük keçid məntəqəsi ərazisində MTN və Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ümumi çəkisi 41 kq 274 qram narkotik vasitə olan heroin Cengiz Çeftçinin idarə etdiyi yük avtomobilinin gizli saxlanc yerindən aşkarlanıb. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin istintaq baş idarəsində cinayət işi başlanılıb, Çeftçi Cengiz Mehmet oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətiimkan tədbiri seçilib./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar