SON XƏBƏRLƏR

İRANDAN DƏHŞƏTLİ XƏBƏRLƏR .Tehran rejimi 2 nəfəri asdı

2021.10.20, 07:36
İRANDAN DƏHŞƏTLİ XƏBƏRLƏR .Tehran rejimi 2 nəfəri asdı

Gunaz.tv
İRANDAN DƏHŞƏTLİ XƏBƏRLƏR Tehran rejimi 2 nəfəri asdı 2156.jpg Qətl və təcavüzdə günahlandırılaraq edama məhkum edilən 8 nəfər iyunun 11-də İranın Evin həbsxanasında dar ağacından asılıb. İran Məhkəmə Sisteminin rəisi Haşimi Şahrudi beynəlxalq təşkilatların etirazını nəzərə alaraq edama məhkum edilən daha üç nəfərin hökmünün müvəqqəti dayandırılmasına göstəriş verib. Bu barədə cənubdkı mənbələrə istinadən “Mediaforum” xəbər yayıb. İyunun 11-də həmçinin azərbaycanlı fəal Fərhad Möhsini Nigaristanın cəsədi Təbrizin Elgölü parkında tapılıb. Milli fəalın qətlə yetirildiyi, ETTELAAT-ın Təbrizdəki təcridxanasında işgəncələrdən keçindiyi güman olunur. Təbriz şəhərindən olan 25 yaşlı F.M.Nigaristan 2006-cı ilin may hadisələrinin ildönümü ərəfəsində oğurlanmışdı. Onu axtaran ailə üzvlərinin rəsmi dövlət orqanlarına müraciəti nəticəsiz qalmışdı. Nigaristan 2006-cı ildə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin il mayın 22-də Təbrizdə keçirilən, qanlı qarşıdurma ilə nəticələnən aksiyalar zamanı polislərin açdığı atəşdən güllə yarası almışdı və tutulmuşdu. SƏBUHİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar