İrandan ermənilərə daha bir jest: "Güney və Quzey Azərbaycan Türkiyənin yanında olacaq"

2021-04-20 14:33

İranda yaşayan ermənilər qondarma soyqırımın anım tədbirlərinə hazırlaşır. Tehran bələdiyyəsi şəhərdə, xüsusilə Kərimxan bölgəsində yerləşən Sarkis kilsəsi ətrafında mürtəce məzmunlu plakatlar asıb. 

Gunaz.tv Quote | Gunaz article

“Tarix təkrar olur, Osmanlı Türkiyəsi tərəfindən erməni soyqırımının 106-cı ildönümü”, “24 aprel ermənilərin Osmanlı Türkiyəsi tərəfindən soyqırıma uğradığı gündür”-rejim məsullarının icazəsi ilə asılan plakat və banerlərdə belə yazılıb. 

Baner və plakatların üzərində Şuşanın Qazançı kilsəsinin rəsmi də təsvir olunub.

 

Görünən odur ki, bu il hakimiyyəti Türkiyə və Azərbaycanın acığına qondarma soyqırımla bağlı anım tədbirlərinin daha geniş şəkildə keçirilməsinə çalışacaq. 

 

AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli bildirib ki, İran rejiminin bu hərəkəti artıq təəccüb doğurmur: “Bu bir daha göstərir ki, İran adlanan ölkə sözdə müsəlman dövlətidir, əməldə isə ariançılıq siyasətini həyata keçirir. 

Faiq Ələkbərli Turan (@FaiqKb) | Twitter

Çünki fars şovinistlərinə görə, ermənilər də Hind-Avropa irqindən olub, onlarla eyni etnosa mənsubdur. Bu baxımdan sözdə müsəlman farslar xristian ermənilərə daha çox dəstək verirlər. Üstəlik, eyni dindən olan Azərbaycan və Türkiyə türklərinə isə özlərinin potensial düşməni kimi baxırlar. 

 

Məhz bu faktordan çıxış edən fars-molla rejiminin başında dayananlar Ermənistan və ermənilərə hər bir zaman dəstək olublar. Bunu, onlar Azərbaycan Ermənistan arasındakı müharibə dövründə rəsmi İrəvana bu və ya digər formada dəstək verməklə,  ya da sözdə erməni soyqırımı məsələsinə geniş şərait yaratmaqla ortaya qoyublar”. 


Tanınmış alim hesab edir ki, İran rejimini qəzəbləndirən 44 günlük müharibədə Azərbaycanın qalib çıxması və bu müharibədə Türkiyənin rəsmi Bakını ən yüksək səviyyədə dəstəkləməsidir: “Molla rejimi Azərbaycan-Türkiyə birliyini həzm edə bilmədiyi üçün də, birbaşa olmasa da dolayı yollarla Ermənistan və ermənilərə dəstəyini gücləndirir. Bu baxımdan sözdə erməni soyqırımı ərəfəsində bunu, İran adlanan ölkə daxilində Türkiyənin əleyhinə bir kampaniyaya çevirməyə başlayıb. 

 

Hesab edirəm ki, rəsmi Tehranın bu qeyri-islami addımları Güney Azərbaycan türklərinin, ümumiyyətlə bu bölgənin türk xalqlarının geniş etirazına səbəb olacaq. Ümid edirəm ki,  molla rejiminin bu çirkin addımları özünün əleyhinə çevriləcək. 

Eyni zamanda,  sözdə erməni soyqırımı məsələsində həm Güney Azərbaycan və Quzey Azərbaycan türklərinin Türkiyənin yanında daha güclü şəkildə dayanacağına qətiyyən şübhə etmirəm. Artıq oyun kartları açıq şəkildə oynanılır ki,  Bütöv Azərbaycan və Türkiyənin həm döyüş cəbhəsində,  həm də siyasət meydanında birliyinin güclənməsi qaçılmazdır.

 

Molla rejiminin əsas narahat edən məsələ,  Ermənistanın zəifləməsi və erməni yalanların ifşa olunmasından sonra növbəti hədəfin onların olacağıdır. Ona görə də  rəsmi Tehran əlindən gələni edir ki, Ermənistanı ayaq üstə tutsun və erməni yalanlarını da qoruyub saxlaya bilsinlər.  Ancaq bütün hallarda erməni yalanları kimi,  molla rejiminin də axırına bir şey qalmayıb”.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11