SON XƏBƏRLƏR

İrandan heroin gətirənlər həbs edildi

2021.10.20, 07:36
İrandan heroin gətirənlər həbs edildi

Gunaz.tv
İrandan heroin gətirənlər həbs edildi İyulun 3-də Füzuli rayonunun “N” saylı sərhəd zastavasının ərazisində İran İslam Respublikası ərazisindən respublikamıza 300 qram heroin keçirən iki Azərbaycan vətəndaşı saxlanılıb. Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Azərbaycan ərazisində “Xaş-xaş-2008” şərti adı altında həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyunun 30-da Yardımlı rayonunun Arvana kəndi ərazisində 2 hektar sahədən 2 ton 800 kq., iyulun 4-də Lerik rayonunun Hilidərə ərazisində 2 hektar sahədən 2 ton yabanı şəkildə bitmiş xaş-xaş kolu yığılaraq rayonların polis şöbələri əməkdaşlarının və ictimaiyyətin iştirakı ilə yandırılaraq məhv edilib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar