İrandan Netanyahunun Azərbaycan səfərinə növbəti müdaxilə: Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə etiraz tablosu göndərilib - GÖRÜNTÜ

2016-12-16 17:02

GünAz TV: İranda Azərbaycan Respublikasına qarşı növbəti dəfə müdaxilə xarakterli hərəkətlər edilir.


Məlum olduğu kimi, İran rejiminin rəsmi şəxsləri və əlaltıları ötən günlərdə İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfəri ilə bağlı ölkəmizə qarşı yenidən hərəkətə keçiblər.


“Qafqaz Mədəniyyət Mərkəzi” adlı İran saytının yaydığı məlumata görə, İmam Sadiq Universitetinin Öyrənci Bəsicinin (radikal könüllü hökumət tərəfdarları) siyasi məsulu Nəvid Əmidi Azərbaycan Respublikasının Tehranda səfirliyinə etiraz tablosunun göndərildiyini xəbər verib. Tablo, Benyamin Netanyahunun Bakıya səfəri və bu ölkə başçısı İlham Əliyevlə görüşə etiraz məqsədi daşıyır.


O, əlavə edib: “Bu tabloda İ. Əliyevin B. Netanyahu ilə görüşü və fələstinli uşaqların qanına qəltan edilməsi səhnələri təsvir edilib. Təsvirdə yazılıb: Torpağı işğal altında olan bir dövlət, müsəlman torpağını işğal edən dövlət ilə dost olmaz”.


İsraili sionist rejim adlandıran N.Əmidi iki ölkə arasında olan münasibətləri sionist rejimin Azərbaycan Respublikasına nüfuzu kimi qələmə verib və deyib: “Netanyahuya evsahibliyi etmək Azərbaycan rəhbərləri üçün ədəbi rüsvaylıq və bütün dünya müsəlmanlarına xəyanət etməkdir”.


O Azərbaycan torpağının bir hissəsinin Ermənistanın işğalında olmasına da toxunaraq deyib: “Yadlar tərəfindən torpağın işğal edilməsi Azərbaycan və Fələstin arasında ortaq bir dərddir və bu məsələ Azərbaycanı Fələstinə yaxınlaşdırmalıdır. Bakı dövlətinin rəhbərləri bu məsələyə diqqət etsinlər”.


Maraqlıdır ki, Azərbaycan Respublikasına qarşı belə düşmən mövqe sərgiləyən və Dağlıq Qarabağın işğal altında olduğunu bildirən Öyrənci Bəsic məsulunun mənsub olduğu ölkə elə D.Qarabağı işğal edən Ermənistanla ən yaxın əməkdaşlıq edən ölkələrdən biridir. Bu günə qədər İranla Ermənistan arasında hərbi, iqtisadi, mədəni və s. kimi sahələrdə onlarla müqavilə imzalanıb və bu müqavilələrin əksəriyyəti Azərbaycan Respublikasına qarşı yönəldilib.


Son olaraq cari ilin iyun ayında İranla Ermənistan arasında iki mühüm razılıq əldə olunub. Razılıqlardan biri hərbi əməkdaşlıq, digəri isə viza rejimi ilə bağlı olub. İyunun 14-dən 17-dək İranda səfərdə olmuş Ermənistan müdafiə nazirinin müavini Movses Akopyanın nümayəndə heyəti İranın müdafiə naziri Hüseyn Dehqani ilə görüşüb və tərəflər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının inkişaf perspektivlərini müzakirə etdikdən sonra tərəflər arasında bir sıra razılıqlar əldə olunub və memorandum imzalanıb. Hətta Ermənistan nümayəndə heyəti İranın hərbi avadanlıqlar istehsal edən zavoduna (karxanə) da baş çəkiblər.

Həmin günlərdə, Ermənistan parlamentinin növbədənkənar sessisyasında İranla viza rejiminin ləğvini ehtiva edən razılaşma da təsdiqlənmişdir.

 

Səfirliyə göndərilən tablo:


N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Fəxrəddin Altun: “Siyasi liderlərin qondarma “erməni soyqırımı” ilə bağlı dediklərinin önəmi yoxdur”

2021-04-20

gun az article

Məhəmmədrza Fəllahzadə “Sepah”ın “Qüds” briqadası komandanının müavini vəzifəsinə təyin edilib

2021-04-20

gun az article

Prezident İlham Əliyev Hacıqabulda pambıq tarlasında səpin prosesini izləyib

2021-04-20

gun az article

İlon Mask “Tesla” qəzasından sonra 5 milyard dollar itirib

2021-04-20

gun az article

İranın kəşfiyyat (ETTELAAT) naziri koronavirusa yoluxub

2021-04-20

gun az article

Angela Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"

2021-04-20

gun az article

Paşinyan iki nazir müavinini qovdu

2021-04-20

gun az article

ABŞ-ın Moskvadakı səfiri məsləhətləşmələr üçün Vaşinqtona gedir

2021-04-20

gun az article

AFFA bəyanat yaydı: "Separatçılığı şiddətlə qınayırıq"

2021-04-20

gun az article

Azərbaycana turist axını 4 dəfədən çox azalıb

2021-04-20

gun az article

Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib

2021-04-20

gun az article

Rusiyadan təhlükəli ssenari: “Bu sənəd SSRİ-nın “xortlaması”nın təməli ola bilər”

2021-04-20

gun az article

Gürcüstanda koronavirusa yoluxanların sayı 297 mini keçib

2021-04-20

gun az article

Trampdan ABŞ-ı gözləyən təhlükələrlə bağlı XƏBƏRDARLIQ: “Çox pis şeylər olacaq”

2021-04-20

gun az article

Merkelin partiyası kansler vəzifəsinə namizəd seçib

2021-04-20

gun az article

"Real", "Barselona" və "Atletiko" La Liqada çıxışını davam etdirəcək

2021-04-20

gun az article

Ukraynalı deputatlar Zelenskini Rusiya ilə əlaqələri kəsməyə çağırdılar

2021-04-20

gun az article

Qarabağda daha bir erməni hərbçisinin qalıqları tapıldı

2021-04-20

gun az article

İrəvanda xüsusi əməliyyat

2021-04-20

gun az article

Prezident seçkilərinə hazırlıq: Rusiya 200-dən çox yaraqlını məhv etdiyini bildirir

2021-04-20