SON XƏBƏRLƏR

İrandan Suriyaya neft aparan tanker niyə daha uzun yol seçib?- FOTO

2021.10.20, 07:36
İrandan Suriyaya neft aparan tanker niyə daha uzun yol seçib?- FOTO

Gunaz.tv

GünAz TV: İrandan Suriyaya neft aparan tankerin Cəbəllütariq boğazında İngiltərə Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmasından sonra maraqlı faktlar ortaya çıxıb.

 

Belə ki, gəmiləri izləyən naviqasiya şirkətləri bu tankerin hərəkət etdiyi trayektoriyanı yayınlayıblar. Həmin trayektoriyada görünür ki, İran gəmisi əsas- 3500 dəniz mili uzunluğunda olan yolun əvəzinə, 12.000 dəniz mili olan digər yolla, yəni Afrikanın cənubundan və Cəbəllütariq boğazından keçməklə, Suriyaya neft aparmağa üstünlük verib. Tehranın 3 dəfə çox uzun yolu seçməsinin səbəbi Səudiyyə Ərəbistanının yaratdığı maneə olub.  

 

 

İlk öncə qeyd etmək lazımdır ki, İran uzun illərdir Bəşər Əsəd rejiminə pulsuz və ya ucuz qiymətlə neft verir. İran 2017-ci ilin yanvar ayından 2018-ci ilin oktyabrına qədər Əsəd rejiminə gündəlik azı 50 min barel neft göndərib. Dünya bazarındakı neft qiymətlərini nəzərə alsaq, göndərilən neftin dəyəri gündəlik təqribən 3 milyon, illik isə 1 milyard dollara yaxın olub.

 

2018-ci ilin noyabr ayından ABŞ-ın İranın neft sektoruna qarşı sanksiya tətbiq etməsiylə, İranın Əsədi qara qızılla təmin etməsində problemlər yaranıb. Həmin vaxt Dəməşq və rejimin əlində olan digər bölgələrində yaranmış ciddi yanacaq problemi Əsəd rejiminin vəziyyətini daha da ağırlaşdırmışdı.

 

“Tanker Trackers” şirkəti İranın 2 ay əvvəl yenidən Əsəd rejiminə neft göndərməyə başladığı barədə məlumat yayıb. Həmin məlumatda qeyd edilir ki, gündəlik göndərilən qara qızılın həcmi azı 100 min bareldir. “GRACE 1” tankerindən öncə də göyərtəsində 1 milyon barel neft olan digər tanker Suriya limanlarından birində sualtı qaz kəmərində baş verən partlayış səbəbindən uzun müddət yükünün boşaldılması üçün gözləməli olub.

 

“GRACE 1” tankerinin uzun yol qət etməsinə səbəb Səudiyyə Ərəbistanının onun Süveyş kanalından keçməsinə əngəl olması olub. Belə ki, tankerin dərinliyi 20 metr olduğundan, kanaldan keçmək üçün yükünün bir hissəsini müvəqqəti olaraq boşaltmalı imiş. Lakin S.Ərəbistanı buna icazə verməyib və nəticədə tanker yolunu uzadaraq, Afrikanın cənubundan keçməklə, Suriya istiqamətində yön alıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar