İranın 11 əyalətində koronavirusun mutasiya etmiş ştammı yayılmağa başlayıb

2021-02-27 13:51

İranın 11 əyalətində koronavirusun mutasiyaya uğramış yeni növü yayılmağa başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İran Səhiyyə Nazirliyi bəyanat yayıb.


Bəyanatda bildirilir ki, son bir neçə həftədən başlayaraq, İranın Sistan-Bəlucistan, Hormozqan, Fars, Xuzistan, İlam, Mərkəzi, Tehran, Qəzvin, Əlbürz, Gilan və Qərbi Azərbaycan əyalətlərində koronavirusun mutasiya etmiş ştammı sürətlə yayılmağa başlayıb.


Mənşəyi İngiltərə olduğu təxmin edilən yeni virusun daha çox Xuzistan əyalətində yayılmağa başladığı, hazırda həmin əyalətin 10-dan çox şəhərində qırmızı vəziyyətin elan edildiyi bildirilir. 


Yayılan məlumata əsasən, “Covid-19” un mutasiya etmiş ştammının kəskin yayılması isə Xuzistan əyalətində xəstəliklə bağlı vəziyyətin daha ağırlaşmasına, virusa yoluxanların və xəstəlikdən ölənlərin sayının sürətlə artmasına səbəb olub.

 
İran səhiyyə nazirinin müavini Əlirza Rəisi fevralın 26-da mediaya açıqlamasında Xuzistan əyalətində xəstəliyin mutasiyaya uğramış yeni növünə yoluxma hallarının artmasından danışıb: “Hazırda Xuzistan əyalətində xəstəliyə yoluxma səbəbi ilə qeydiyyata alınan hər bir xəstədə demək olar ki, koronavirusun mutasiya etmiş növü aşkarlanır”, -deyə İran səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

2021-04-19

gun az article

Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı

2021-04-19

gun az article

Tehranda mebel sexində yanğın: 6 ölü, 3 yaralı

2021-04-19

gun az article

Gürcüstan DTX: Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdləri olub

2021-04-19

gun az article

Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdərədə yaşayan ermənilərə səslənib

2021-04-19

gun az article

Ağdamın İsmayılbəyli kəndi - VİDEO

2021-04-19

gun az article

Rusiya ordusu Artikada təlimlərə başlayıb

2021-04-19

gun az article

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-04-19

gun az article

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib

2021-04-19

gun az article

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

2021-04-19

gun az article

Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu

2021-04-19

gun az article

Şuşada elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın tikintisi yekunlaşıb

2021-04-19

gun az article

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı-SON STATİSTİKA

2021-04-19

gun az article

Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından 30 il ötür

2021-04-19

gun az article

Çadda etnik qarşıdurma - Ölənlərin sayı 100-ə çatıb

2021-04-19

gun az article

Epidemioloq: "COVID-ə qarşı peyvənd olunanların sayı nə qədər çox olarsa, xəstəliyin səviyyəsi o qədər enməyə başlayar"

2021-04-19

gun az article

ABŞ-ın investisiya bankı Avropa Super Liqasına 6 milyard dollar ayıracaq

2021-04-19

gun az article

Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

2021-04-19

gun az article

Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri ilə görüşüb

2021-04-19

gun az article

İran parlamenti 2 həftəlik tətilə gedir: Səbəb bir qrup deputatın koronavirusa yoluxmasıdır

2021-04-19