İranın 4 şəhərində rejimə qarşı etirazlar davam edib- VİDEOLAR

08.01.2018, 14:13

GünAzTV: İranın bütün iri şəhərlərinin əsas küçə və meydanları hüquq-mühafizə qüvvələri və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülməsinə baxmayaraq, yanvarın 6-da ölkənin Kərəc şəhərinin Gövhərdəşt məntəqəsində, eləcə də Mahşəhr, Əhvaz və Zahidan şəhərlərində rejimə qarşı kütləvi etirazlar davam edib.

 

Gövhərdəştdə axşam saatlarında küçələrə axışan minlərlə dinc aksiyaçı “Xamneyiyə ölüm”, “Haqqımı almayınca hər gecə bu etirazlar olacaq” və digər şüarlar səsləndirərək hakimiyyətə qarşı öz etirazlarını bildiriblər.

 

Mahşəhr şəhərində isə şəhərin əsas meydanlarından birində toplaşan minlərlə aksiyaçı, axund və molla hakimiyyətinə qarşı müxtəlif şüarlar səsləndirməklə ölkənin indiki ağır durumuna etiraz bildiriblər.

 

Həmin gün, İranın Əhvaz və Zahidan şəhərlərində yüzlərlə  ibtidai məktəb şagirdi, dərsdən çıxıb evə qayıdarkən küçələrdə aksiya keçirərək “Xamneyiyə ölüm” və “Binamus, binamus” (namussuz) şüarları səsləndiriblər.

 

Mahşəhr və Gövhərdəşt etirazlarında onlarla dinc aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb. Tutulanların hazırda harada saxlanıldığı bilinmir.

 

Xatırladaq ki, son on gündə İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. İranın müxtəlif şəhərlərində keçirilən on günlük etirazlarda ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 1800-dən çox insan həbs edilib.

 

Qeyd edək ki, molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar hələlik dayandırılıb.

 

VİDEOLAR:

 

Gövhərdəşt

 

Mahşəhr

 

Əhvaz

 

Sistan-Bəlucistan əyaləti, Zahidan

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31