SON XƏBƏRLƏR

İranın 6 əyalətində mobil internet hələ də aktivləşdirilməyib

2021.10.20, 07:36
İranın 6 əyalətində mobil internet hələ də aktivləşdirilməyib

Gunaz.tv

GünAz TV: İran media orqanları hələ də 6 əyalət ərazisində mobil internetin qoşulmadığı barədə məlumat yayıblar.

 

İranda benzinin qiymətinin bahalaşmasına qarşı keçirilmiş etiraz aksiyalarının 2-ci günündən etibarən rejim törətdiyi qətliamların dünyaya çatdırılmasının qarşısını almaq üçün ölkə ərazisində interneti tamamən məhdudlaşdırmışdı.

 

Təqribən 1 həftədən sonra internet qismən bərpa olunsa da, mobil internet yenə də aktiv deyil idi. Bu gün yayılan xəbərlərdə isə adları çəkilməyən əyalətlərdə mobil internetin hələ də qoşulmadığı deyilir.

 

İranın Daxili İşlər naziri və Təhlükəsizlik Şurasının rəhbəri olan Əbdülrza Rəhmani Fəzli noyabrın 26-da bildirmişdi ki, təhlükəsizlik problemləri tam olaraq aradan qalxsa, ölkənin hər bir nöqtəsində internet bərpa ediləcək.

 

6 əyalətdə hələ də mobil internetin qoşulmaması göstərir ki, hələ də onların ərazisində nazirin nəzərdə tutduğu “təhlükəsizlik problemlər”i, yəni yenidən etirazların başlanması riski var.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar