SON XƏBƏRLƏR

İranın “Adrian Dərya 1” tankeri yenidən yolun dəyişib, Türkiyə sahillərindən uzaqlaşıb

2021.10.20, 07:36
İranın “Adrian Dərya 1” tankeri yenidən yolun dəyişib, Türkiyə sahillərindən uzaqlaşıb

Gunaz.tv

GünAz TV: Beynəlxalq dəniz naviqasiya şirkətlərinin məlumatına görə, İrana məxsus “Adrian Dərya 1” gəmisi yenidən istiqamətini 180 dərəcə dəyişərək, Türkiyə sahillərinə tərəf hərəkətini dayandırıb.

 

Tanker son günlər ərzində öz trayektoriyasını bir neçə dəfə dəyişdirməklə, naviqasiya şirkətlərini təəccübləndirib.

 

Suriyaya neft daşıdığı ehtimal edildiyi üçün təqribən 45 gün Cəbəli-Tariqdə saxlanılan və adını "Grace 1"-dən “Adrian Dərya 1”-ə dəyişən tanker ötən həftə İrandan zəmanət alındıqdan sonra buraxılıb. Cəbəli-Tariq bildirir ki, İran gəminin Suriyaya hərəkət etməyəcəyilə bağlı zəmanət verib.

 

Buraxıldıqdan sonra ilk günlərdə gəminin siqnal sistemi onun Yunanıstana doğru üzdüyünü göstərirdi. Lakin bu məsələ Amerikanın ciddi narazılığına səbəb olmuşdu və rəsmi Vaşinqton Afinaya xəbərdarlıq etmişdi.

 

Daha sonra gəmi hərəkət trayektoriyasını Türkiyəyə doğru dəyişmişdi. Bundan sonra ABŞ bəyanat yayaraq, tankerə xidmət göstərən hər bir ölkənin ağır aqibətlə üzləşəcəyini bildirmişdi.

 

İran hökumətinin sözçüsü Əli Rəbii ötən həftə tankerdəki 2.1 milyon barel neftin tamamən satıldığını və yükün hansı istiqamətdə daşınacağına müştərinin qərar verməli olduğunu demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar