İranın Ali Məhkəməsi: "Məhəmmədəli Nəcəfi həyat yoldaşını qəsdən qətlə yetirib"

2020-09-15 16:24

İranın Ali Məhkəməsi Tehranın sabiq meri Məhəmmədəli Nəcəfiyə qarşı çıxarılmış qəsdən adam öldürmə ittihamını təsdiqləyib.

Gunaz.tv Quote | Gunaz article

Bu gün Ali Məhkəmənin Rəyasət Heyətinin keçirdiyi proses zamanı 39 hakim həyat yoldaşı Mitra Ustadı öldürən Nəcəfiyə qarşı elan olunmuş qəsdən adam öldürmə ittihamı dəyişdirilmədən qüvvədə saxlanılıb. 37 hakim isə Ali Məhkəmənin 41-ci şöbəsinin daha öncə çıxardığı ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma ittihamını təsdiq edib. 


Bundan sonra Ali Məhkəmənin sədri Əhməd Murtuzavi Müqəddəm sabiq merə qarşı çıxarılmış qəsdən adam öldürmə ittihamının təsdiqləndiyini elan edib. 


Xatırladaq ki, ilkin olaraq Tehranın Cinayət Məhkəməsinin 10-cu şöbəsi Məhəmmədəli Nəcəfiyə qarşı qəsdən adam öldürmə ittihamı üzrə ittihamnamə çıxarmışdı. Amma daha sonra Ali Məhkəmənin 41-ci şöbəsi elan olunmuş ittihamı təsdiqləmədiyindən və baş vermiş hadisəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma kimi dəyərləndirdiyindən, cinayət işi yekun qərar çıxarılması üçün Ali Məhkəmənin Rəyasət Heyətinə göndərilmişdi. 

 

Daha çox oxuyun:

Tehranın keçmiş meri ikinci həyat yoldaşını qətlə yetirib

Tehranın sabiq meri Məhəmmədəli Nəcəfi yenidən həbsə məhkum edilib

Həyat yoldaşını öldürən Tehranın sabiq icra hakimi mülki vəsiqə ilə azadlığa buraxılıb


2019-cu ilin may ayının 28-də 2-ci həyat yoldaşı Mitra Ustadı öldürməsini etiraf edən Məhəmmədəli Nəcəfi və onun vəkili qəsdən adam öldürmə ittihamını rədd edir. O iddia edir ki, hadisə xanımı ilə dava edən zaman ehtiyatsızlıqdan tapançadan atəş açılması nəticəsində baş verib. 


Mitra Ustadın ailəsinin 10 milyard tümən qan pulu qarşılığında qisas hökmündən keçməsinə görə Nəcəfini edam hökmü gözləmir. Əvəzində ilkin məhkəmə instansiyası ona qarşı xanım Ustadı öldürdüyü üçün edam hökmünü 6 il yarım həbslə əvəz edib və qanunsuz olaraq odlu silah daşımaq ittihamı ilə isə sabiq merə 1 il 3 ay həbs cəzası verib. 


Ə.A
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi

2021-05-08

gun az article

Şuşada yeni məktəb tikiləcək

2021-05-08

gun az article

Müdafiə Nazirliyindən Şuşa şəhəri ilə bağlı VİDEO

2021-05-08

gun az article

Müsavatın bir qrup üzvü Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyib

2021-05-08

gun az article

Azərbaycanda bir gündə 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub

2021-05-08

gun az article

Emin Əmrullayev: "Növbəti illərdə şagirdlərin sayı azalacaq"

2021-05-08

gun az article

Ərdoğan: "PUA-ların bütün silah-sursatını özümüz istehsal edirik"

2021-05-08

gun az article

Azad edilmiş ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək - Xidmət rəisi

2021-05-08

gun az article

Vətən Müharibəsində Şəhid olan hərbçilərimizin yeni SİYAHISI

2021-05-08

gun az article

Mehriban Əliyeva: "Bu gün Şuşa azaddır" - VİDEO

2021-05-08

gun az article

İşğaldan azad olunan Hadrut qəsəbəsi- VİDEO

2021-05-08

gun az article

İrandan Qarabağa qeyri-qanuni yük daşınmasını əks etdirən növbəti görüntü yayılıb - VİDEO

2021-05-08

gun az article

İranda koronavirusdan daha 283 nəfər ölüb, 13 576 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-08

gun az article

İranın Kürdüstan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib

2021-05-08

gun az article

Qərbin İran siyasəti dəyişə bilər: "Nüfuzlu amerikalı araşdırmaçıların gəldiyi nəticə çox önəmlidir"-RƏYLƏR

2021-05-08

gun az article

Xalq şairi Musa Yaqub doğulduğu kənddə dəfn olunub

2021-05-08

gun az article

Səfir: “Azərbaycanın dəstəyi sayəsində Gürcüstanda bir çox insanın həyatı xilas edilib”

2021-05-08

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: “Bəsic”in 2 üzvü öldürüldü

2021-05-08

gun az article

ANAMA: Füzulidə minatəmizləmə əməliyyatları davam etdirilir

2021-05-08

gun az article

Vətən müharibəsinin şəhidi Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilib

2021-05-08