İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11 14:47

İranda 2019-cu ilin noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş xalq etirazlarında tutulan 3 nəfərə qarşı çıxarılmış edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə həmin 3 nəfərdən birinin vəkili Mustafa Nili "Twitter" hesabında məlumat yayıb. 


Vəkil onlara hələ də cinayət işi ilə məşğul olmağa icazə verilmədiyini desə də, istintaqın yenidən aparılmasını tələb edərək, edam hökmlərinin ləğv edilməsinə nail olacaqlarına ümid etdiyini bildirib. 


Həmin 3 etirazçının vəkilləri bir neçə gün əvvəl İranın Məhkəmə Sisteminin sözçüsünə ünvanladıqları açıq məktubda onlara müvəkkillərini müdafiə etmək üçün cinayət işi ilə tanış olmağa icazə verilmədiyini bildirmişdilər. 


Adları Əmir Hüseyn Muradi, Səid Təmcidi və Məhəmməd Rəcəbi olan etirazçı gənclərin ilk məhkəmə prosesi Əbülqasım Salavatinin sədrliyi ilə mart ayında keçirilmişdi. Onlara qarşı bu proses zamanı "silahlı toqquşmada iştirak", "ölkəni qeyri-qanuni yollarla tərk etmək", eləcə də "etirazlar və ictimai məkanların dağıdılmasında iştirak" ittihamları ilə edam hökmü çıxarılmışdı. 


Məhkəmənin hökmü həm İran ictimaiyyəti, həm də beynəlxalq arenada kəskin tənqid və narahatlığa səbəb olduğundan, bir neçə gün sonra Məhkəmə Sisteminin rəhbərləri hələ ki, edam hökmlərinin təsdiqlənmədiyini demişdilər. 


Xatırladaq ki, 2019-cu ilin noyabr ayının ortalarından sonuna qədər İranda benzinin qiymətinin 3 dəfə bahalaşmasına qarşı xalq etirazları keçirilmişdi. "Reuters" agentliyi dekabr ayının sonlarında yaydığı məlumatda etirazlar zamanı azı 1500 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyini bildirmişdi. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi-mədəni fəal xalqa müraciət edərək prezident seçkilərini boykot etməyə çağırıblar

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18

gun az article

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu bildirib

2021-05-18

gun az article

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

2021-05-18

gun az article

Azərbaycan Ordusunun PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEO

2021-05-18

gun az article

Hindistanda “Tauktae” qasırğası 8 nəfərin ölümünə səbəb olub

2021-05-18

gun az article

Dmanisiyə əlavə polis qüvvələri yeridilib - Gürcüstanın DİN rəhbəri

2021-05-17

gun az article

Sülhməramlılar 80 ermənini Amarasa apardı

2021-05-17

gun az article

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

2021-05-17

gun az article

Ombudsman Səbinə Əliyeva Gürcüstanın Xalq Müdafiəçisinə müraciət edib

2021-05-17

gun az article

28 gürcünü ölümdən xilas etmiş Rahib Məmmədovun qardaşı: "Dmanisi sakinlərini təxribata getməməyə səsləyirəm"

2021-05-17

gun az article

Naxçıvan Qarnizonunda növbəti komanda-qərargah təlimi başlayıb-FOTOLAR

2021-05-17

gun az article

ABŞ dövlət katibi və Fransa XİN başçısı Qarabağı müzakirə edib

2021-05-17

gun az article

Azərbaycanda daha 515 nəfər COVID-19-dan sağalıb, 426 nəfər yoluxub

2021-05-17

gun az article

Dövlət Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış edib

2021-05-17

gun az article

Səid Xətibzadə: “İlkin razılaşma deyilən bir şey yoxdur”

2021-05-17