SON XƏBƏRLƏR

İranın Amol və Minab şəhərlərində daha 2 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Amol və Minab şəhərlərində daha 2 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 2 məhkum edam edilib. Məhkumlardan biri on iki həftə əvvəl edam olunsa da, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir neçə il əvvəl naməlum səbəbə görə qətl törədən və adı mediaya açıqlanmayan məhkum, yanvarın 12-sı sübh saatlarında Amol şəhərinin zindanında dara çəkilib.

 

Həmçinin narkotik maddələrin qaçaqmalçılığında təqsirli bilinərək barəsində ölüm hökmü çıxarılmış digər məhkum İsa Beşgerdi, yanvarın 23-də Hormozqan əyalətinin Minab şəhərinin həbsxanasında dar ağacından asılıb.

 

Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar