İranın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

2020-12-12 11:26

Bu barədə TRT məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Türkiyə XİN-ə çağrılan İran səfirinə bildirilib ki, İran XİN rəhbəri Cavad Zərif öz iradını başqa yollarla da Türkiyəyə bildirə bilərdi. Lakin o, etirazını açıq şəkildə öz "Twitter" hesabında yazmaqla İran və Türkiyə arasındakı münasibətlərə zərər gətirib. Bu, həm də İran və Türkiyə arasındakı əlaqəni pozmaq istəyən mühitə xitab etmək deməkdir.

 

Xatırladaq ki,Türkiyənin Tehrandakı səfiri dekabrın 11-də İran Xarici İşlər Nazirliyinə çağırılmışdı.

 

İran xarici işlər nazirinin köməkçisi və Avrasiya bölməsinin rəhbəri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılan Türkiyə səfirinə, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradındakı çıxışında İrana qarşı “müdaxiləçi” bəyanatlar səsləndirməsinə görə etiraz notası vermışdı.

 

Xatırladaq ki, dekabrın 10-da Bakının Azadlıq Meydanında Qarabağın işğaldan azad edilməsi münasibətilə keçirilmiş Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı məşhur "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" şerini oxuması bir sıra İran rəsmilərinin, o cümlədən də paniranistlər, şahçılar və panfarsistlərin qəzəbinə səbəb olub.

 

Bu, folklor ədəbiyyatı nümunəsi Güney və Quzey Azərbaycanın Araz çayı vasitəsilə ayrılmasını simvolizə edir. Şer "biz sizdən ayrılmazdıq, zorla ayırdılar" mesajını özündə ehtiva edir.

 

Ərdoğanın bu şeri səsləndirməsi həm Quzey, həm də Güney Azərbaycanda xalqın sevincinə səbəb olub. Lakin paniranistlər, panfarslar və xain manqurtlar bundan bərk narahat olublar və sosial şəbəkələrdə Türklərə qarşı təhqiramiz ifadələr yazmağa başlayıblar.

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə dekabrın 11-də “Twitter” səhifəsində etdiyi paylaşımında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradındakı çıxışında Araz çayı barədə oxuduğu şeirə kəskin reaksiya verib.
 
Zərif deyib ki, Ərdoğanın Araz şeirini oxuması onun İranın və Azərbaycanın daxili işlərinə qarışması deməkdir: “Ərdoğana deməyiblər ki, onun Bakıda səhvən oxuduğu şeir Arazın şimalındakı bölgə və ərazilərin öz doğma ana yurdu olan İrandan zorla ayrılması haqqındadır.

 

Görəsən o başa düşmədi ki, bununla da o Azərbaycan Respublikasının hakimiyyəti və müstəqilliyinin əleyhinə danışıb. Heç kəs bizim əziz Azərbaycanımız haqqında danışa bilməz” –deyə, Zərif “Twitter” paylaşımında bildirib.

 

İranın hökumət saytları bildirirlər ki, “Araz çayı şeirində İran Azərbaycanının insanlarına xitab olunur və türk dilində olan bu şeir “separatçı pantürkistlər”in simvollarından biri sayılır.

 

Qeyd etmək lazımdır ki, İran Quzey Azərbaycanın Qarabağın azadlığı uğrunda apardığı Vətən müharibəsi zamanı Ermənistana hər cür hərbi logistik dəstək göstərirdi.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bağdad hava limanı raket atəşinə tutuldu

2021-05-03

gun az article

Aralıq dənizində İran gəmisi hücuma məruz qalıb

2021-03-13

gun az article

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

2021-03-11

gun az article

Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib

2021-03-08

gun az article

Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

2021-03-05

gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24

gun az article

ABŞ İranla ölkədə həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

2021-02-22

gun az article

ABŞ və Avropanın üç böyük dövləti Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

2021-02-17