SON XƏBƏRLƏR

İranın Bağdaddakı səfiri: “Qasım Süleymaniyə qarşı hücumda iki avtomobilin bütün 10 sərnişi öldürülüb”

2021.10.20, 07:36
İranın Bağdaddakı səfiri: “Qasım Süleymaniyə qarşı hücumda iki avtomobilin bütün 10 sərnişi öldürülüb”

Gunaz.tv

GünazTV: İranın İraqdakı səfiri İrəc Məscidi yanvarın 3-də jurnalistlərə açıqlamasında Amerika hərbi hava qüvvələrinin dünən axşam Bağdadın hava limanı yaxınlığı yaxınlığında həyata keçirdiyi raket hücumlarında “Sepah” və Həşdəş-Şəbi qruplaşmalarından ölənlərin sayını açıqlayıb.

 

O deyib ki, Amerikanın hərbi helikopterlərinin havadan endirdiyi zərbələr nəticəsində “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymanini və Həşdəş-Şəbi qrupunun başçısının müavini Əbu Mehdi əl-Mühəndisi aparan iki avtomobilin 10 nəfərdən ibarət bütün sərnişinləri həlak olub: “İki avtomobilə qarşı raket hücumunda həlak olan digər sərnişinlər Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin mühafizəçiləri və onları müşayiət edən digər şəxslərdir. Hazırda cənazələrin İrana köçürülməsi üçün lazımi tədbirlər görülür –deyə, İranın Bağdaddakı səfiri İrəc Məscidi əlavə edib.

 

İran səfiri Qasım Süleymani ilə birlikdə həlak olan digər “Sepah”çıların adlarını açıqlamayıb.

 

 Qasım Süleymani Həşdəş-Şəbi rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndislə birlikdə

 

 Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb. Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və “Sepah”ın daha bir neçə komandiri məhv edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar