SON XƏBƏRLƏR

İranın Banə şəhərində saxta alkoqollu içkilərdən 23 nəfər zəhərlənib, 1 nəfər ölüb

2021.10.20, 07:36
İranın Banə şəhərində saxta alkoqollu içkilərdən 23 nəfər zəhərlənib, 1 nəfər ölüb

Gunaz.tv

GünazTV: İranın Kürdüstan əyalətinin Banə şəhərində əldəqayırma yolla (kustar) hazırlanmış saxta alkoqollu içkilərdən ən azı 23 nəfər zəhərlənib, 1 nəfər ölüb.

 

Bu barədə, Banə şəhərinin fərmandarı Məhəmməd Fəllahi martın 10-da jurnalistlərə açıqlama verib. O bildirib ki, polis, saxta alkoqullu içkiləri əhaliyə satan şəxslərin axtarışına başlayıb: “Zəhərlənənlər artıq xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin səhhəti ağırdır. Son günlər ölkənin bir neçə digər şəhərində də oxşar hadisələr baş verib. Əldəqayırma spirtli içkilər hazırlayaraq əhaliyə satan şəxslər gec-tez həbs edilərək, məsuliyyətə cəlb olunacaq, qanun qarşısında cavab verməli olacaqlar” – deyə o əlavə edib.

 

Xatırladaq ki, son həftələrdə İranın daha bir neçə şəhərində , o cümlədən də Meşkinşəhr, Əhər və Bukan şəhərlərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənmiş, bir neçə nəfər isə həyatlarını itiriblər.

 

 

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılmışdı.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar