SON XƏBƏRLƏR

İranın Baş prokuroru: “Məhkəmə sisteminin benzinin bahalaşdırılmasında heç bir rolu olmayıb” -FOTO

2021.10.20, 07:36
İranın Baş prokuroru: “Məhkəmə sisteminin benzinin bahalaşdırılmasında heç bir rolu olmayıb” -FOTO

Gunaz.tv

GünAz TV: Ötən ay İranda benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş etiraz aksiyalarının xüsusi amansızlıqla yatırılmasından sonra bəzi rəsmilər bir çox günahsın insanın öldürüldüyü və həbs edildiyini etiraf etmişdilər.

 

Bu gün isə xalq etirazlarını “iğtişaş” ölkənin Baş prokuroru Məhəmməd Cəfər Müntəziri həbs edilənlərin bəzilərinin günahsız olduğunu deyib.

 

“İğtişaşlar zamanı günahsız insanların həbs edilmiş olması mümkündür. Biz günahsızları günahkarlardan qısa müddət ərzində ayıra bilməyə çalışırdıq”, - deyə Müntəziri əlavə edib.

 

 Baş prokuror həmçinin bildirib ki, benzinin qiymətinin qaldırılması məsələsinin məhkəmə sistemi ilə heç bir aidiyyatı yoxdur.

 

“İnsanlara benzinin qiymətinin qaldırılması qərarının 3 sistemin rəhbərləri tərəfindən qəbul edildiyi təlqin edilməməlidir. Məhkəmə sisteminin bu xüsusda qətiyyən heç bir rolu olmayıb. Benzinin bahalaşdırılması məsələsi 3 dəfə bizə irəli sürülsə də, İbrahim Rəisi bu məsələnin məhkəmə sisteminin deyil, dövlətin səlahiyyətləri daxilində olduğunu demişdi”, - deyə Müntəziri fikrini tamamlayıb.

 

Ötən gün İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında benzinin bahalaşdırılması xüsusunda qərarın hər 3 sistemin rəhbərləri tərəfindən qəbul edildiyini vurğulamışdı. Müntəzirinin bu gün səsləndirdiyi fikirlər ona cavab hesab edilir.

 

Digər tərəfdən, İranın “dini lider”i Əli Xamneyi də noyabrın 17-də etirazlara verdiyi ilk reaksiyada özünün bu sahədə mütəxəssis olmadığını, ona görə də, benzinin bahalaşdırılması xüsusunda qərarın  hər 3 sistemin rəhbərləri tərəfindən qəbul edildiyini və bunu dəstəklədiyini demişdi.

 

 

Xatırladaq ki, İranda noyabrın 15-də benzinin qiymətinin artırılmasına qarşı başlamış və təqribən 5 gün davam etmiş xalq nümayişləri zamanı yüzlərlə insan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, 8 mindən çox etirazçı isə həbs edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar