SON XƏBƏRLƏR

İranın Bəndər Abbas şəhərində daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Bəndər Abbas şəhərində daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranın Bəndər Abbas şəhərində qətldə günahlandırılan daha 1 məhkum edam edilib. Ölüm hökmü bir neçə gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

 İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə qətl törədən 28 yaşlı məhkum Raman Məhəmməd Əmini, yanvarın 23-ü sübh saatlarında Bəndər Abbasın mərkəzi zindanında dara çəkilib.

 

 Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar