SON XƏBƏRLƏR

İranın Bəndər Abbas şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Bəndər Abbas şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə bir həftə əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 4 il əvvəl məişət zəminində baş verən ixtilafa görə qətl törədən, Xürrəmabad şəhər sakini, 41 yaşlı müttəhim Məhəmməd Cəfər Şirzad, aprelin 24-ü sübh saatlarında İranın Bəndər Abbas şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar