SON XƏBƏRLƏR

İranın Bəndər Abbas şəhərində daha 2 Əfqanıstan vətəndaşı dara çəkilib

2021.10.20, 07:36
İranın Bəndər Abbas şəhərində daha 2 Əfqanıstan vətəndaşı dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 Əfqanıstan vətəndaşı edam edilib. Məhkumlar bir həftə əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən,  qətldən başqa həm də odlu silah gəzdirməkdə təqsirli bilinən məhkumlar 42 yaşlı Zəbihullah Zəkəriya və 33 yaşlı Vəlid Əhməd, avqustun 28-i sübh saatlarında Bəndər Abbas şəhərinin mərkəzi zindanında dara çəkiliblər. Edam edilənlərin məhkəmə prosesi və onların ailə vəziyyəti barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar