SON XƏBƏRLƏR

İranın Bircənd şəhərində gecə qonaqlığına qatılan daha 40 qız və oğlan tutulub

2021.10.20, 07:36
İranın Bircənd şəhərində gecə qonaqlığına qatılan daha 40 qız və oğlan tutulub

Gunaz.tv

GünAzTV: İranın Cənubi Xorasan əyalətinin mərkəzi sayılan Bircənd şəhərində gecə qonaqlığına qatılan daha 40 qız və oğlan tutulub.

 

Bu barədə, Cənubi Xorasan əyalətinin inqilab prokurorunun müavini Məhəmmədrza Ərab Şeybani avqustun 16-da jurnalistlərə açıqlama verib. O bildirib ki, hüquq-mühafizə qüvvələri əməkdaşları tərəfindən tutulanlar 20-35 yaşları arasında olan gənclərdir: “Tutulanlardan 16-sı kişi, 24-ü isə qadındır. Onlar alkoqollu içkilər içdikdən sonra birlikdə şənlənib rəqs edərkən yaxalanıblar. Polis bölməsinə aparılan bu şəxslər, alkoqollu içkilər içməkdə və onu saxlamaqda, eləcə də ictimai fəsad və pozğunluğa rəvac verməkdə günahlandırılırlar. Faktla bağlı araşdırma aparılır”.

 

Məhəmmədrza Ərab Şeybani tutulan gənclərin adlarını və onların nə zaman həbs edildiyini açıqlamayıb.

 

Cənubi Xorasan əyalətinin inqilab prokurorunun müavini Məhəmmədrza Ərab Şeybani

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 2 min nəfər həbs edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar