İshaq Cahangiri İranda qeyri-fars dillərinə qoyulan qadağanın ləğvini "qövmlərin tələbi" adlandırıb.
Gunaz.tv
İshaq Cahangiri, 24 fevral Çərşənbə günü, Akademiyaların İdarə Heyətləri Şurasının iclasında, İranda qeyri-fars millətlərin dilində oxumaq və yazma qadağasına toxunub.
“İLNA”nın verdiyi xəbərə görə, cahangiri çıxışında “İran qövmlərinin tələblərindən biri də etnik dillərini saxlamaqdır. Fars dilinə ölkənin həmrəyliyinin mərkəzi kimi diqqət yetirərkən, qeyri-farslarında dilləri ilə bağlı tələblərinə də cavab verilməlidir” deyə bildirib.
Cahangirinin bu fikirləri Həsən Ruhaninin prezidentlik dövrünün sonlarına təsadüf edir.
Ruhani prezident seçkiləri öncəsi apardığı təbliğat kampaniyasında, ölkədə qeyri-farsların ana dillərində təhsili ilə bağlı konstitusiyanın 15-ci maddəsinin icra olunacağı və türk dili akademiyasının yaradılacağı ilə bağlı söz vermişdi. Bu günə qədər verilən vədlərin heç birisi yerinə yetirilməyib.
C.E